Nazirlər Kabineti su təsərrüfatı balanslarının tərtib edilməsi qaydasında dəyişiklik edib


Digərləri 16 Sen 2020 19:55:00 126 0

Nazirlər Kabineti su təsərrüfatı balanslarının tərtib edilməsi qaydasında dəyişiklik edib

Baş Nazir Əli Əsədov Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 3 may tarixli 207 nömrəli Qərarı ilə təsdiq edilmiş "Su təsərrüfatı balanslarının respublika, su hövzələri və inzibati ərazi vahidləri üzrə tərtib edilməsi Qaydası"nda dəyişiklik edilməsi haqqında Qərar imzalayıb.

Son.az Trend-ə istinadən bildirir ki, Qərara əsasən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 3 may tarixli 207 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 5, maddə 942) ilə təsdiq edilmiş "Su təsərrüfatı balanslarının respublika, su hövzələri və inzibati ərazi vahidləri üzrə tərtib edilməsi Qaydası"na 1 nömrəli əlavə - "Azərbaycan Respublikasının illik su təsərrüfatı balansı" yeni redaksiyada təsdiq edilir.

Azərbaycan Respublikasının illik su təsərrüfatı balansı (yeni redaksiyada).