Bu ölkə Britaniya kraliçasından imtina edir


Dünya 16 Sen 2020 18:49:00 138 0

Bu ölkə Britaniya kraliçasından imtina edir

Karib dənizində yerləşən və Millətlər Birliyinə daxil olan Barbados dövlət başçısı qismində Böyük Britaniya kraliçasından imtina etmək və respublikaya çevrilmək niyyətindədir.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə ada dövlətin general qubernatoru Sandra Meysonun müraciətində deyilir.

Qeyd olunur ki, bu prosesin Barbadosun müstəqilliyinin 55 illiyi münasibətilə, 2021-ci ilin noyabrınadək başa çatdırılması planlaşdırılır.

Müraciətdə Barbadosun müstəmləkə keçmişini geridə qoymaq istədiyi vurğulanıb.

Qeyd edək ki, Millətlər Birliyinə müxtəlif statuslu 54 ölkə daxildir. Böyük Britaniya da daxil olmaqla 16 ölkədə kraliça II Yelizaveta dövlət başçısı hesab olunur.

Son.az