Ermənistanın müsəlman dünyasına qarşı cinayət faktları Misir mətbuatında FOTO


Siyasət 16 Sen 2020 18:12:00 46 0

Ermənistanın müsəlman dünyasına qarşı cinayət faktları Misir mətbuatında  FOTO

Milli Məclisin deputatı Könül Nurullayeva Misirin nüfuzlu "Aldiplomasy.com" portalında Ermənistanın müsəlman dünyasına qarşı cinayətini əks etdirən məqalə ilə çıxış edib.

Son.az Trend-ə istinadən bildirir ki, məqalədə qeyd olunur ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 7-də İran İslam Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Seyid Abbas Musəvinin etimadnaməsini qəbul edərkən növbəti dəfə diqqəti Ermənistanın işğalçılıq siyasətinə yönəldərək, tarixi-dini abidələrimizin dağıdılması və təhqir edilməsini vurğulayıb. Azərbaycan dövlət başçısı haqlı olaraq bunu yalnız bizə qarşı yox, bütün müsəlman dünyasına qarşı edilən cinayət kimi qiymətləndirib. Qeyd olunur ki, 1994-cü ilin qiymətləndirilmə sənədləri əsasında aparılan təxmini hesablamaların nəticəsinə görə respublikamıza dəymiş ümumi zərərin məbləği 23 trilyon 680 milyon manat və ya 6 milyard 71 milyon ABŞ dolları təşkil edir.

Məqalədə, həmçinin vurğulanır ki, işğal zonalarında maddi mədəniyyət yadigarlarımızın dağıdılması prosesi bu gün də davam edir və bu, beynəlxalq hüquqi sənədlərin kobud şəkildə pozulmasıdır: "Azərbaycan xalqının mədəni irsi dünya mədəniyyətinin tərkib hissəsi olduğundan Azərbaycan Respublikasının ərazisində xalqımızın çoxəsrlik tarixi keçmişindən yadigar qalmış tarix və mədəniyyət abidələrinin mühafizəsi beynəlxalq əhəmiyyət kəsb edən bir problemdir.

Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində erməni işğalçılarının özbaşınalığı tarix və mədəniyyət abidələrimizin dağıdılması və qəsdən korlanması "Silahlı münaqişə baş verdikdə mədəni dəyərlərin qorunması haqqında" 1954-cü il Haaqa Konvensiyasına, "Arxeoloji irsin mühafizəsi haqqında" 1992-ci il Avropa Konvensiyasına, "Ümumdünya mədəni və təbii irsin mühafizəsi haqqında" YUNESKO-nun 1972-ci il konvensiyasına ziddir. Bu, eyni zamanda Azərbaycan Prezidenti cənab İlham Əliyevin də vurğuladığı kimi, bütövlükdə müsəlman dünyasına qarşı törədilən cinayətdir. Azərbaycan İslam həmrəyliyinin möhkəmləndirilməsi işinə öz töhfəsini verən ölkə kimi İslam aləminin birləşməsi və bəzi ölkələr arasında mövcud olan problemlərin həlli istiqamətində hər zaman səylərini davam etdirməyə hazırdır. Bu mənada İslam dünyası Ermənistanın uzun illərdən bəri davam edən işğalçılıq siyasəti və Azərbaycanın milli-mədəni irsinin, İslam mədəniyyətinə aid dini abidələrin dağıdılması ilə bağlı qətiyyət sərgiləməlidir. Birmənalı şəkildə unutmaq olmaz ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin də söylədiyi kimi- məscidləri dağıdan, orda heyvan saxlayaraq bu dəyərləri təhqir edən ölkə əsla müsəlman ölkələrinin dostu ola bilməz".

“Azəriqaz”da kadr dəyişikliyi olub like
  • 16 Sen 18:06  
Digərləri “Azəriqaz”da kadr dəyişikliyi olub

"Azəriqaz" İstehsalat Birliyində kadr dəyişikliyi olub.

arrow Ətraflı
53 000 ABŞ dollarının Azərbaycandan çıxarılmasının qarşısı alındı like
  • 16 Sen 18:01  
Digərləri 53 000 ABŞ dollarının Azərbaycandan çıxarılmasının qarşısı alındı

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları xeyli miqdarda x

arrow Ətraflı
Rusiya oktyabrda MDB ölkələri ilə hava nəqliyyatını bərpa edə bilər like
  • 16 Sen 17:50  
Dünya Rusiya oktyabrda MDB ölkələri ilə hava nəqliyyatını bərpa edə bilər

Rusiya hökuməti oktyabrda MDB ölkələri ilə hava nəqliyyatını bərpa ed

arrow Ətraflı
Reytinq rekordmeni olan serial ARBdə  VİDEO like
  • 16 Sen 17:44  
Digərləri Reytinq rekordmeni olan serial ARBdə VİDEO

ARB TV yeni mövsümə həm yerli, həm də xarici seriallarla gəlir. Son.az

arrow Ətraflı
"Jurnalist etikası və pandemiyanın mediada işıqlandırılması" like
  • 16 Sen 17:42  
Digərləri "Jurnalist etikası və pandemiyanın mediada işıqlandırılması"

Mətbuat Şurası bu mövzuda Avropa Şurasının Bakı ofisi ilə birgə təlim

arrow Ətraflı
"Sənət ucuzlaşdı" like
  • 16 Sen 17:39  
Şou-biznes "Sənət ucuzlaşdı"

"1990-cı illərdə klip marketinq idi. Mahnı yazılırdı ki, stationa ta

arrow Ətraflı
Türkiyədə ilk dəfə koronavirus peyvəndləri vuruldu like
  • 16 Sen 17:36  
Dünya Türkiyədə ilk dəfə koronavirus peyvəndləri vuruldu

Türkiyədə koronavirus peyvəndinin icrasına başlanıb.

arrow Ətraflı
Fərdi sahibkarlar maliyyə dəstəyini necə alırlar? like
  • 16 Sen 17:33  
Digərləri Fərdi sahibkarlar maliyyə dəstəyini necə alırlar?

Koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar tətbiq olunan məhdudiyyət

arrow Ətraflı
Sentyabrın 17də dolların manata qarşı məzənnəsi like
  • 16 Sen 17:30  
Digərləri Sentyabrın 17də dolların manata qarşı məzənnəsi

Manatın məzənnəsinə dair Azərbaycan Respublikası Mərkəzi Bankı məluma

arrow Ətraflı
Ayaqları olmayan Rüstəm Nəbiyev Elbrus dağını əlləri ilə fəth etdi  FOTO like
  • 16 Sen 17:28  
Digərləri Ayaqları olmayan Rüstəm Nəbiyev Elbrus dağını əlləri ilə fəth etdi FOTO

2015-ci ildə Rusiyanın Omsk şəhərində kazarmanın çökməsi nəticəsind

arrow Ətraflı
Mövlud Çavuşoğlu: Yunanıstanın Türkiyə ilə bütün dialoq kanallarını heç bir şərt irəli sürmədən yenidən canlandırmasını gözləyirik like
  • 16 Sen 17:26  
Siyasət

Aralıq dənizi hər zaman sivilizasiyanın beşiyi, mədəni və iqtisadi baxı

arrow Ətraflı