Nazirlər Kabineti baş məşqçilərin səlahiyyəti ilə bağlı qərara İZAH verib


Digərləri 16 Sen 2020 18:25:00 70 0

Nazirlər Kabineti baş məşqçilərin səlahiyyəti ilə bağlı qərara İZAH verib

Nazirlər Kabineti 339 №li Qərarına dair izah verib.

Nazirlər Kabinetindən Son.az-a bildirilib ki, qeyd olunan Qərarı Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyində Olimpiya idman növləri üzrə milli yığma komandaların baş məşqçiləri vəzifələrində çalışan əməkdaşların vəzifə funksiyalarının Olimpiya idman növləri üzrə milli yığma komandaların baş məşqçilərinin səlahiyyətlərindən daha geniş və əhatəli olduğu nəzərə alınaraq hazırlanıb.

Bu dəyişikliyə qədər Gənclər və İdman Nazirliyində çalışan və Olimpiya idman növləri üzrə milli yığma komandalarla məşğul olan əməkdaşlar ştat cədvəlində "baş məşqçi" kimi müəyyənləşdirilmişdi. Bu ifadə, onların federasiyalarda çalışan baş məşqçilərlə eyniləşdirilməsinə səbəb olur, fərqli funksiyalar yerinə yetirən Nazirlik əməkdaşı "baş məşqçi" ilə federasiya əməkdaşı "baş məşqçi"lərin zəruri hallarda fərqləndirilməsinə mane olurdu.

Gənclər və İdman Nazirliyinin əməkdaşları olan "baş məşqçi"lər Olimpiya idman növləri üzrə milli yığma komandalarla iş aparır, yerlərdə seleksiya işlərini həyata keçirir, təlim-məşq prosesinin, maddi-texniki bazanın təşkil olunmasına, idmançıların beynəlxalq yarışlara hazırlıq prosesinə nəzarət edir, Nazirliklə idman federasiyaları arasında əlaqəli fəaliyyət göstərir, idmanyönlü təşkilatlarla əlaqələr yaradır və digər işləri yerinə yetirirlər. Bu vəzifədə çalışanların öz iş funksiyalarına uyğunluğunu təmin etmək məqsədilə mövcud Qərarda "baş məşqçi" vəzifə adının "seleksiya üzrə baş mütəxəssis" vəzifə adı ilə əvəz edilməsi məqsədəuyğun hesab edilmişdir.

Məşhur aktrisa intihar etdi like
  • 16 Sen 18:17  
Digərləri Məşhur aktrisa intihar etdi

Yaponiyalı aktrisa Sey Asina Tokiodakı mənzilində ölü tapılıb.

arrow Ətraflı
Ermənistanın müsəlman dünyasına qarşı cinayət faktları Misir mətbuatında  FOTO like
  • 16 Sen 18:12  
Siyasət Ermənistanın müsəlman dünyasına qarşı cinayət faktları Misir mətbuatında FOTO

Milli Məclisin deputatı Könül Nurullayeva Misirin nüfuzlu "Aldiplomasy

arrow Ətraflı
“Azəriqaz”da kadr dəyişikliyi olub like
  • 16 Sen 18:06  
Digərləri “Azəriqaz”da kadr dəyişikliyi olub

"Azəriqaz" İstehsalat Birliyində kadr dəyişikliyi olub.

arrow Ətraflı
53 000 ABŞ dollarının Azərbaycandan çıxarılmasının qarşısı alındı like
  • 16 Sen 18:01  
Digərləri 53 000 ABŞ dollarının Azərbaycandan çıxarılmasının qarşısı alındı

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları xeyli miqdarda x

arrow Ətraflı
Rusiya oktyabrda MDB ölkələri ilə hava nəqliyyatını bərpa edə bilər like
  • 16 Sen 17:50  
Dünya Rusiya oktyabrda MDB ölkələri ilə hava nəqliyyatını bərpa edə bilər

Rusiya hökuməti oktyabrda MDB ölkələri ilə hava nəqliyyatını bərpa ed

arrow Ətraflı
Reytinq rekordmeni olan serial ARBdə  VİDEO like
  • 16 Sen 17:44  
Digərləri Reytinq rekordmeni olan serial ARBdə VİDEO

ARB TV yeni mövsümə həm yerli, həm də xarici seriallarla gəlir. Son.az

arrow Ətraflı
"Jurnalist etikası və pandemiyanın mediada işıqlandırılması" like
  • 16 Sen 17:42  
Digərləri "Jurnalist etikası və pandemiyanın mediada işıqlandırılması"

Mətbuat Şurası bu mövzuda Avropa Şurasının Bakı ofisi ilə birgə təlim

arrow Ətraflı
"Sənət ucuzlaşdı" like
  • 16 Sen 17:39  
Şou-biznes "Sənət ucuzlaşdı"

"1990-cı illərdə klip marketinq idi. Mahnı yazılırdı ki, stationa ta

arrow Ətraflı
Türkiyədə ilk dəfə koronavirus peyvəndləri vuruldu like
  • 16 Sen 17:36  
Dünya Türkiyədə ilk dəfə koronavirus peyvəndləri vuruldu

Türkiyədə koronavirus peyvəndinin icrasına başlanıb.

arrow Ətraflı
Fərdi sahibkarlar maliyyə dəstəyini necə alırlar? like
  • 16 Sen 17:33  
Digərləri Fərdi sahibkarlar maliyyə dəstəyini necə alırlar?

Koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar tətbiq olunan məhdudiyyət

arrow Ətraflı
Sentyabrın 17də dolların manata qarşı məzənnəsi like
  • 16 Sen 17:30  
Digərləri Sentyabrın 17də dolların manata qarşı məzənnəsi

Manatın məzənnəsinə dair Azərbaycan Respublikası Mərkəzi Bankı məluma

arrow Ətraflı