Yalnız səngərdə deyil, diaspor sahəsində də məğlubiyyət xaricdəki erməniləri qəzəbləndirib FOTO


Siyasət 16 Sen 2020 17:41:00 69 0

Yalnız səngərdə deyil, diaspor sahəsində də məğlubiyyət xaricdəki erməniləri qəzəbləndirib  FOTO

Dünyanın harasında yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlının ürəyində Qarabağ dərdi var. Bu dərdi özləri ilə dünyanın dörd bir yanına aparan soydaşlarımız Qarabağı unutmur və unutdurmur. Xüsusilə, ziyalılarımız hər bir imkandan istifadə edərək Azərbaycan həqiqətlərini yaşadıqları ölkənin ictimaiy­yətinə və dünyaya duyurmağa çalışırlar.

Diasporla İş üzrə Dövlət Komitəsindən Son.az-a bildirilib ki, belə ziyalılarımızdan biri də İsveç Krallığında fəaliyyət göstərən Mərkəz partiyasının və Partille şəhər bələdiyyəsinin üzvü Turan Əliyevdir. Turan Əliyev deyir ki, Ermənistanın silahlı qüvvələrinin Tovuz təxribatı, dinc sakinlərimizin və hərbçilərimizin şəhid olması bütün dünyada yaşayan soydaşlarımız kimi İsveçdəki həmyerlilərimizi də hiddətləndirib. Düzdür, ordumuzun işğalçı Ermənistanın təxribatının qarşısını qətiyyətlə almasından, onlara sarsıdıcı zərbələr vurmasından, bir azərbaycanlı olaraq, çox qürurlanıblar: "Son illərdə işğalçı dövlətin yalnız səngərdə deyil, həmçinin diaspor sahəsində də məğlub olması xaricdəki erməni diasporunu qəzəbləndirdi. Soydaşlarımızın birlik və həmrəylik göstərməsi, Qarabağ həqiqətləri və Tovuzda törədilən təxribat haqqında yaşadıqları cəmiyyəti, eləcə də həmin ölkələrin ictimai-siyasi təşkilatlarını, dövlət strukturlarını, həmçinin beynəlxalq qurumları düzgün məlumatlandırması, erməni yalanlarını, onların məkrli planlarını ifşa etməsi düşmən üçün gözlənilməz oldu. Soydaşlarımızın fərqli ölkələrdə dövlətimizə, ordumuza, millətimizə dəstək məqsədilə keçirdiyi dinc, icazəli, sivil mitinqlərə, əvvəlcədən planlı şəkildə hazırlanmış hüçumların başlıca səbəblərindən biri də bu oldu.

Azərbaycanın hüdudlarından kənarda yaşayan həmyerlilərimiz demək olar bütün sahələrdə yüksək naliyyətlər əldə edir, bu isə gələcəkdə daha güclü diaspor deməkdir. Biz vətəndən uzaqda bir gün də olsun Qarabağı unutmuruq və unudulmağa qoymamalıyıq. Xaricdə yaşayan hər bir azərbaycanlı çalışdığı sahədən asılı olmayaraq Azərbaycanın ayrılmaz hissəsi olan Qarabağ həqiqətlərini təbliğ etməli, işğalçı ölkənin diasporunun yaydığı yalanları ifşa edib, diaspor və lobbiçilik sahəsində fəal olmaqla Azərbaycanı layiqincə təmsil etməlidir".

"Dağlıq Qarabağın və ətraf rayonların 30 ilə yaxındır quldur Ermənistan dövlətinin işğalı altında qalması hər bir azərbaycanlı kimi, biz borçalıların ağrısı-acısıdır" - bu sözləri isə Gürcüstanda yaşayan azərbaycanlı rəssam, UNESCO Ümumdünya Rəssamlar İttifaqının üzvü Rizvan İsmayıl deyir: "Biz borçalılar Azərbaycanın ərazi bütövlüyünü, haqlı mövqeyini dəstəkləyir və bunu zaman-zaman mitinqlərdə, toplantılarda bəyan edirik. Mən şəxsən bir rəssam kimi dəfələrlə bu mövzuda təşkil olunan sərgilərə qatılmışam, "Xocalının göz yaşları" adlı əsər işləmişəm və həmin əsəri Xocalı soyqırımı ilə bağlı keçirilmiş tədbirlərin birində yerli cəmiyyətə hədiyyə etmişəm.

İllərdir səbr kasası dolmuş azərbaycanlıların hiddət və qəzəbi Ermənistanın Tovuz hücumları ilə son həddə çatdı. Xüsusilə, Azərbaycan ordusunun yüksəkrütbəli hərbçiləri - general Polad Həşimov və polkovnik İlqar Mirzəyevin, eləcə də zabit və əsgərlərimizin şəhid olması bizi dərindən sarsıtdı.

Azərbaycan ordusunun qətiyyətli cavabından sonra düşmənin öz qınına çəkilməsinə baxmayaraq, biz torpaqlarımızın azad olunması və ərazi bütövlüyümüzün bərpası üçün yumruq kimi birləşməliyik.

Biz borçalılar Azərbaycan dövlətinin və ordusunun yanındayıq. Bizim Bolnisinin Zol Güvec kəndində Qarabağda həlak olmuş Elşən Məmmədov adlı şəhidimiz var. Bu, o deməkdir ki, mənəvi cəhətdən hər zaman milli dövlətimiz Azərbaycanın yanındayıq, lazım gələrsə qanun çərçivəsində torpaqlarımızın azadlığı üçün mübarizə aparmağa da hazırıq. Qələbə yaxındadır. Çünki, biz haqlıyıq. Haqqımızı sübut etmək üçün də birliyimizi möhkəmləndirməliyik. Damarlarımızda axan Şah İsmayılın, Cavad Xanın, Mubariz İbrahimovun, Polad Həşimovun və minlərlə igid şəhidimizin saf və qeyrətli qanı, bizdən bunu tələb edir!"

Almaniyanın Rostock Universitetinin Texniki Termodinamika kafedrasının elmi işçisi, texnika elmləri namizədi Cavid Səfərov hesab edir ki, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı xarici ölkələrdə yaşayan hər bir azərbaycanlı özünün kəskin mövqeyi ilə yerli insanlar arasında xalqımızın haqq səsini hər zaman məqamı düşdükcə diqqət mərkəzinə gətirməlidir: "Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında xarici ölkələrdə yaşayan ziyalılarımız yaşadıqları yerlərdə ictimaiyyətlə daha sıx əlaqədə olmalı, Azərbaycanın həmin ölkədəki səfirlikləri, dövlət təşkilatları və ictimai cəmiyyətlərlə birlikdə müxtəlif siyasi, mədəni tədbirlər, görüşlər keçirməli, regionda baş verən hadisələr barədə həqiqətləri yerli insanlara dəqiq və düzgün çatdırmalıdırlar. Yerli mətbuatda, televiziya kanallarında Azərbaycan haqqında, Dağlıq Qarabağ problemindən danışmalı, Azərbaycan dövlətinin əsas siyasi kursuna uyğun təbliğat işi aparmalıdırlar. Biz də çalışırıq fəaliyyətimizi buna uyğun quraq".

"Sənət ucuzlaşdı" like
  • 16 Sen 17:39  
Şou-biznes "Sənət ucuzlaşdı"

"1990-cı illərdə klip marketinq idi. Mahnı yazılırdı ki, stationa ta

arrow Ətraflı
Türkiyədə ilk dəfə koronavirus peyvəndləri vuruldu like
  • 16 Sen 17:36  
Dünya Türkiyədə ilk dəfə koronavirus peyvəndləri vuruldu

Türkiyədə koronavirus peyvəndinin icrasına başlanıb.

arrow Ətraflı
Fərdi sahibkarlar maliyyə dəstəyini necə alırlar? like
  • 16 Sen 17:33  
Digərləri Fərdi sahibkarlar maliyyə dəstəyini necə alırlar?

Koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar tətbiq olunan məhdudiyyət

arrow Ətraflı
Sentyabrın 17də dolların manata qarşı məzənnəsi like
  • 16 Sen 17:30  
Digərləri Sentyabrın 17də dolların manata qarşı məzənnəsi

Manatın məzənnəsinə dair Azərbaycan Respublikası Mərkəzi Bankı məluma

arrow Ətraflı
Ayaqları olmayan Rüstəm Nəbiyev Elbrus dağını əlləri ilə fəth etdi  FOTO like
  • 16 Sen 17:28  
Digərləri Ayaqları olmayan Rüstəm Nəbiyev Elbrus dağını əlləri ilə fəth etdi FOTO

2015-ci ildə Rusiyanın Omsk şəhərində kazarmanın çökməsi nəticəsind

arrow Ətraflı
Mövlud Çavuşoğlu: Yunanıstanın Türkiyə ilə bütün dialoq kanallarını heç bir şərt irəli sürmədən yenidən canlandırmasını gözləyirik like
  • 16 Sen 17:26  
Siyasət

Aralıq dənizi hər zaman sivilizasiyanın beşiyi, mədəni və iqtisadi baxı

arrow Ətraflı
Təhsil Nazirliyindən himn zamanı huşunu itirən qızla bağlı AÇIQLAMA like
  • 16 Sen 17:22  
Digərləri Təhsil Nazirliyindən himn zamanı huşunu itirən qızla bağlı AÇIQLAMA

Təhsil Nazirliyi dünən Bilik Günü münasibəti ilə orta məktəblərin bir

arrow Ətraflı
Elektron Kredit Platforması üzərindən 765,3 milyon manatlıq kredit sifarişi qeydə alınıb like
  • 16 Sen 17:20  
Digərləri Elektron Kredit Platforması üzərindən 765,3 milyon manatlıq kredit sifarişi qeydə alınıb

Pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlar

arrow Ətraflı
Bu seçən abituriyentlərin qabiliyyət imtahanı başlayıb  FOTO like
  • 16 Sen 17:17  
Digərləri Bu seçən abituriyentlərin qabiliyyət imtahanı başlayıb FOTO

Bu gün Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) 2020/2021-c

arrow Ətraflı
Bill Qeytsin atası vəfat etdi  VİDEO like
  • 16 Sen 17:11  
Dünya Bill Qeytsin atası vəfat etdi VİDEO

"Microsoft" kompaniyasının qurucusu Bill Qeytsin atası, məşhur xe

arrow Ətraflı
Dünyanın bu yerlərinə milyarderlər belə gedə bilmir  FOTO like
  • 16 Sen 17:06  
Digərləri Dünyanın bu yerlərinə milyarderlər belə gedə bilmir FOTO

Bəzən düşünürsünüz ki, dünyanın turistlərin getmədiyi elə bir yeri

arrow Ətraflı
Nazir Məmmədovu rəis müavini TƏYİN ETDİ like
  • 16 Sen 17:02  
Digərləri Nazir Məmmədovu rəis müavini TƏYİN ETDİ

Daxili İşlər orqanlarında yeni təyinat olub.

arrow Ətraflı
Nazir müavini: Azərbaycan və Türkiyənin qardaşlığı bölgədə təhlükəsizliyin təminatıdır like
  • 16 Sen 16:58  
Siyasət Nazir müavini: Azərbaycan və Türkiyənin qardaşlığı bölgədə təhlükəsizliyin təminatıdır

Azərbaycan və Türkiyə arasında güclü qardaşlıq bağları davam edir.

arrow Ətraflı