"Jurnalist etikası və pandemiyanın mediada işıqlandırılması"


Digərləri 16 Sen 2020 17:42:00 42 0

"Jurnalist etikası və pandemiyanın mediada işıqlandırılması"

Mətbuat Şurası bu mövzuda Avropa Şurasının Bakı ofisi ilə birgə təlim təşkil etdi

Bu xəbəri də oxu: Sabah üçün teledərslərin

Mətbuat Şurası bu mövzuda Avropa Şurasının Bakı ofisi ilə birgə təlim təşkil etdi

Bu gün Azərbaycan Mətbuat Şurasının və Avropa Şurasının Bakı ofisinin birgə təşkilatçılığı ilə "Jurnalist etikası və pandemiyanın mediada işıqlandırılması" mövzusunda onlayn təlim keçirilib. 

Son.az xəbər verir ki, tədbirin açılışında çıxış edən Avropa Şurasının Bakı ofisinin rəhbəri, səfir Zoltan Hernyeş bildirib ki, koronavirus pandemiyası bütün sahəhələrə olduğu kimi, demokratik cəmiyyətin mühüm institutlarından sayılan mediaya da öz təsirini göstərib. Pandemiya şəraiti mediaya üçün də yenilikdir və bu şərait peşə etikasının həssas yanaşılmasını zəruriləşdirir. Avropa Şurasının Bakı ofisi də bunu nəzərə alaraq belə bir təlimin təşkilini vacib sayıb.  Səfir Hernyeş onu da bildirib ki, Avropa Şurasının Bakı ofisi medianın ən müxtəlif məsələləri ilə bağlı Azərbaycan Mətbuat Şurası ilə sıx əməkdaşlıq edir, indiyədək çoxsaylı birgə tədbirlər reallaşdırıb. O, hazırda keçirilən təlimin də bu baxımdan əhəmiyyətliliyinə inamını bildirib. Səfir həmçinin təlim barədə məlumat verərək bildirib ki, Avropa Şurasının Bakı ofisi təlimə Türkiyədən təcrübəli ekspert Bülənt Çaplını dəvət edib.  MŞ sədri Əflatun Amaşov çıxışında bildirib ki, rəhbərlik etdiyi qurum martın 4-də koronavirusla bağlı dezinformasiya tipli bilgilərə həssas yanaşılması ilə bağlı media ictimaiyyətinə ilk müraciətini ünvanlayıb. Həmin vaxt dezinformasiyalar həddən artıq çox idi. İstər-istəməz bu vəziyyət təlaş yaradırdı. Sonrakı aylarda Şura jurnalistlərin xüsusi karantin rejimində fəaliyyətinə dair bir neçə tövsiyə də ünvanladı, habelə Baynəlxalq Jurnalistlər Federasiyanın dünya jurnalistlərinə müraciətini açıqladı. "Mətbuat Şurası Azərbaycan Mətbuat Şurası Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın ölkə ərazisində koronavirusla əlaqədar tətbiq olunacaq bəzi sosial izolyasiya tədbirləri barədə məlumatında media orqanları ilə bağlı bir sıra məqamlara aydınlıq gətirən açıqlamalar yaydı. KİV-ləri rəsmi mənbəyi olmayan, hansısa söz-söhbətlərə, dedi-qodulara söykənmiş bilgilərin təqdimatından uzaq durmağa çağırdı", - deyə Ə.Amaşov vurğulayıb.

MŞ sədri çıxışında həmçinin bildirib ki, Azərbaycan Mətbuat Şurası ötən müddətdə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın yeni növ koronavirus (COVID-19) infeksiyasının yayılma sürətinin azaldılması, habelə onun törədə biləcəyi fəsadların minimuma endirilməsi məqsədilə həyata keçirdiyi tədbirlərə dəstək verib, jurnalistlərin peşə fəaliyyətinin həyata keçirilməsinin səmərəliləşdirilməsi istiqamətində Operativ Qərargah və Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi ilə müntəzəm təmaslar yaradıb. Bunun nəticəsində 20-dək redaksiyanın ümumilkdə 30-dan çox əməkdaşının, həmçinin onlarla müstəqil jurnalistin iş sərbəstliyi qanunvericiliyə və qoyulmuş qaydalara uyğun tənzimlənib. Bu fəaliyyət 2020-ci ilin mart-iyun aylarını əhatə edib.

Onlayn konfransda çıxış edən ekspert Bülent Çaplı koronavirus pandemiyası dövründə medianın fəaliyyət özəllikləri və peşəkarlıq meylləri barədə geniş məlumat verib. Jurnalistlərin müxtəlif məsələlərlə əlaqədar suallarını cavablandırıb.

"Sənət ucuzlaşdı" like
  • 16 Sen 17:39  
Şou-biznes "Sənət ucuzlaşdı"

"1990-cı illərdə klip marketinq idi. Mahnı yazılırdı ki, stationa ta

arrow Ətraflı
Türkiyədə ilk dəfə koronavirus peyvəndləri vuruldu like
  • 16 Sen 17:36  
Dünya Türkiyədə ilk dəfə koronavirus peyvəndləri vuruldu

Türkiyədə koronavirus peyvəndinin icrasına başlanıb.

arrow Ətraflı
Fərdi sahibkarlar maliyyə dəstəyini necə alırlar? like
  • 16 Sen 17:33  
Digərləri Fərdi sahibkarlar maliyyə dəstəyini necə alırlar?

Koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar tətbiq olunan məhdudiyyət

arrow Ətraflı
Sentyabrın 17də dolların manata qarşı məzənnəsi like
  • 16 Sen 17:30  
Digərləri Sentyabrın 17də dolların manata qarşı məzənnəsi

Manatın məzənnəsinə dair Azərbaycan Respublikası Mərkəzi Bankı məluma

arrow Ətraflı
Ayaqları olmayan Rüstəm Nəbiyev Elbrus dağını əlləri ilə fəth etdi  FOTO like
  • 16 Sen 17:28  
Digərləri Ayaqları olmayan Rüstəm Nəbiyev Elbrus dağını əlləri ilə fəth etdi FOTO

2015-ci ildə Rusiyanın Omsk şəhərində kazarmanın çökməsi nəticəsind

arrow Ətraflı
Mövlud Çavuşoğlu: Yunanıstanın Türkiyə ilə bütün dialoq kanallarını heç bir şərt irəli sürmədən yenidən canlandırmasını gözləyirik like
  • 16 Sen 17:26  
Siyasət

Aralıq dənizi hər zaman sivilizasiyanın beşiyi, mədəni və iqtisadi baxı

arrow Ətraflı
Təhsil Nazirliyindən himn zamanı huşunu itirən qızla bağlı AÇIQLAMA like
  • 16 Sen 17:22  
Digərləri Təhsil Nazirliyindən himn zamanı huşunu itirən qızla bağlı AÇIQLAMA

Təhsil Nazirliyi dünən Bilik Günü münasibəti ilə orta məktəblərin bir

arrow Ətraflı
Elektron Kredit Platforması üzərindən 765,3 milyon manatlıq kredit sifarişi qeydə alınıb like
  • 16 Sen 17:20  
Digərləri Elektron Kredit Platforması üzərindən 765,3 milyon manatlıq kredit sifarişi qeydə alınıb

Pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlar

arrow Ətraflı
Bu seçən abituriyentlərin qabiliyyət imtahanı başlayıb  FOTO like
  • 16 Sen 17:17  
Digərləri Bu seçən abituriyentlərin qabiliyyət imtahanı başlayıb FOTO

Bu gün Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) 2020/2021-c

arrow Ətraflı
Bill Qeytsin atası vəfat etdi  VİDEO like
  • 16 Sen 17:11  
Dünya Bill Qeytsin atası vəfat etdi VİDEO

"Microsoft" kompaniyasının qurucusu Bill Qeytsin atası, məşhur xe

arrow Ətraflı
Dünyanın bu yerlərinə milyarderlər belə gedə bilmir  FOTO like
  • 16 Sen 17:06  
Digərləri Dünyanın bu yerlərinə milyarderlər belə gedə bilmir FOTO

Bəzən düşünürsünüz ki, dünyanın turistlərin getmədiyi elə bir yeri

arrow Ətraflı
Nazir Məmmədovu rəis müavini TƏYİN ETDİ like
  • 16 Sen 17:02  
Digərləri Nazir Məmmədovu rəis müavini TƏYİN ETDİ

Daxili İşlər orqanlarında yeni təyinat olub.

arrow Ətraflı