Təhsil Nazirliyindən himn zamanı huşunu itirən qızla bağlı AÇIQLAMA


Digərləri 16 Sen 2020 17:22:00 149 0

Təhsil Nazirliyindən himn zamanı huşunu itirən qızla bağlı AÇIQLAMA

Təhsil Nazirliyi dünən Bilik Günü münasibəti ilə orta məktəblərin birində himn səslənən zaman qızın huşunu itirməsi məsələsinə aydınlıq gətirib.

Son.az xəbər verir ki, bununla bağlı Nazirlik oxu.az-ın sorğusunu cavablandırıb:

"Videoda göründüyü kimi şəxs özünü narahat hiss edib və huşunu itirərək yıxılıb. Müəssisə tərəfindən dərhal təcili tibbi yardım çağırılıb və 1 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırılıb. İlkin yardım edilərək, müayinələrdən keçirilib, həmin gün evə buraxılıb. Müalicəsi ev şəraitində aparılır, vəziyyəti yaxşıdır. Məsələ Təhsil Nazirliyinin diqqətindədir".