Ayaqları olmayan Rüstəm Nəbiyev Elbrus dağını əlləri ilə fəth etdi FOTO


Digərləri 16 Sen 2020 17:28:00 175 0

Ayaqları olmayan Rüstəm Nəbiyev Elbrus dağını əlləri ilə fəth etdi  FOTO

2015-ci ildə Rusiyanın Omsk şəhərində kazarmanın çökməsi nəticəsində ayaqlarını itirən tanınmış rusiyalı bloger Rüstəm Nəbiyev Elbrus zirvəsini fəth edib.

Son.az oxu.az-a istinadən bildirir ki, bu barədə "LifeShot" "Telegram" kanalı xəbər yayıb.

O, bunu əllərinin köməyi ilə edib. Rüstəm Nəbiyev bu hərəkətini qəhrəmanlıq hesab etmədiyini deyir. "Uzun müddət bu videonu yaymaq istəmirdim, ancaq uşaqlar məni inandırdı. Siz Elbrusun zirvəsinə son metrləri görürüsünüz. Sentimentallığıma görə üzr istəyirəm, ancaq mən emosiyalarımı saxlaya, göz yaşlarımı tuta bilmədim. Bunun üçün çox yol qət etmişdim: 13 km və 15 saat əlləri üstündə yerimişdim", - deyə gənc bildirib.

Bloger bu fəthi arvadına və qızına həsr edib.