Elektron Kredit Platforması üzərindən 765,3 milyon manatlıq kredit sifarişi qeydə alınıb


Digərləri 16 Sen 2020 17:20:00 75 0

Elektron Kredit Platforması üzərindən 765,3 milyon manatlıq kredit sifarişi qeydə alınıb

Pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarların dövlət zəmanətli krediti asan və şəffaf formada əldə etməsi üçün İqtisadiyyat Nazirliyi tərəfindən yaradılmış Elektron Kredit Platforması üzərindən (www.e-edf.gov.az) müraciətləri davam edir.

Nazirlikdən Son.az-a verilən məlumata görə, indiyədək Elektron Kredit Platforması üzərindən 765,3 milyon manat həcmində yeni biznes krediti sifarişi üzrə 2700-dən çox müraciət qeydiyyata alınıb. Artıq 253 müraciət üzrə ümumi həcmi 52,6 milyon manat olan kreditlərin ayrılması barədə qərar qəbul edilib. Hazırda digər müraciətlərə baxılır və müəyyən olunmuş müddətdə nəticələr barədə sahibkarlara elektron platforma vasitəsilə məlumat veriləcək.

Yeni biznes kreditlərinin Elektron Kredit Platforması vasitəsilə verilməsi sahibkarlara biznes kreditləri üçün onlayn rejimdə müraciət, müvəkkil kredit təşkilatları və İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondunda müraciətlərə eyni vaxtda baxılması və statusunun real vaxt rejimində izlənməsi, eləcə də 3 kredit təşkilatına eyni vaxtda müraciət imkanının yaradılması və s. kimi üstünlüklər yaradır. Beləliklə, sahibkarların kreditlərə çıxış imkanları genişlənir, sərf olunan vaxta və xərclərə qənaət olunur.

Qeyd edək ki, biznes kreditlərinə dövlət zəmanətinin verilməsi və həmin kreditlər üzrə faizlərin subsidiyalaşdırılması mexanizminə əsasən, 500 milyon manat həcmində yeni biznes krediti portfelinin 60%-dək hissəsinə dövlət zəmanəti verilir, həmçinin həmin kreditlərin illik faiz dərəcəsinin 50%-i dövlət tərəfindən maliyyələşdirilir.

Bu seçən abituriyentlərin qabiliyyət imtahanı başlayıb  FOTO like
  • 16 Sen 17:17  
Digərləri Bu seçən abituriyentlərin qabiliyyət imtahanı başlayıb FOTO

Bu gün Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) 2020/2021-c

arrow Ətraflı
Bill Qeytsin atası vəfat etdi  VİDEO like
  • 16 Sen 17:11  
Dünya Bill Qeytsin atası vəfat etdi VİDEO

"Microsoft" kompaniyasının qurucusu Bill Qeytsin atası, məşhur xe

arrow Ətraflı
Dünyanın bu yerlərinə milyarderlər belə gedə bilmir  FOTO like
  • 16 Sen 17:06  
Digərləri Dünyanın bu yerlərinə milyarderlər belə gedə bilmir FOTO

Bəzən düşünürsünüz ki, dünyanın turistlərin getmədiyi elə bir yeri

arrow Ətraflı
Nazir Məmmədovu rəis müavini TƏYİN ETDİ like
  • 16 Sen 17:02  
Digərləri Nazir Məmmədovu rəis müavini TƏYİN ETDİ

Daxili İşlər orqanlarında yeni təyinat olub.

arrow Ətraflı
Nazir müavini: Azərbaycan və Türkiyənin qardaşlığı bölgədə təhlükəsizliyin təminatıdır like
  • 16 Sen 16:58  
Siyasət Nazir müavini: Azərbaycan və Türkiyənin qardaşlığı bölgədə təhlükəsizliyin təminatıdır

Azərbaycan və Türkiyə arasında güclü qardaşlıq bağları davam edir.

arrow Ətraflı
UNEC tələbəsinin startapı dünya çempionu olub  FOTO like
  • 16 Sen 16:55  
Digərləri UNEC tələbəsinin startapı dünya çempionu olub FOTO

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) tələbəsi Birləşmiş Kr

arrow Ətraflı
"Şeymanın səhvlərini bütün Türkiyə gördü" like
  • 16 Sen 16:49  
Digərləri "Şeymanın səhvlərini bütün Türkiyə gördü"

"TV8" telekanalının sahibi, aparıcı Acun Ilıcalı keçmiş həyat

arrow Ətraflı
Yeni tədris ilində psixoloqların üzərinə daha çox yük düşür  VİDEO like
  • 16 Sen 16:44  
Digərləri Yeni tədris ilində psixoloqların üzərinə daha çox yük düşür VİDEO

Şagirdlərin uzun müddət məktəb və sinif yoldaşlarından ayrı düşməsi

arrow Ətraflı
Ermənistan daxili problemlərdən diqqəti yayındırmaq üçün təxribatlara əl atır like
  • 16 Sen 16:41  
Siyasət Ermənistan daxili problemlərdən diqqəti yayındırmaq üçün təxribatlara əl atır

Ermənistanın Tovuz istiqamətindəki təxribatları bir daha göstərdi ki, Er

arrow Ətraflı
"Son 17 ildə Azərbaycanda 3700ə qədər məktəb tikilib və əsaslı şəkildə təmir edilib" like
  • 16 Sen 16:38  
Digərləri "Son 17 ildə Azərbaycanda 3700ə qədər məktəb tikilib və əsaslı şəkildə təmir edilib"

Məlum olduğu kimi, dünya ölkələri aylardır yeni növ koronavirus (COVID-1

arrow Ətraflı
Zəncirvari qəza: üçü tələbə olmaqla altı nəfər öldü  VİDEO  FOTO like
  • 16 Sen 16:33  
Dünya Zəncirvari qəza: üçü tələbə olmaqla altı nəfər öldü VİDEO FOTO

Rusiyanın Udmurtiya Respublikasında dəhşətli yol-nəqliyyat hadisəsi baş

arrow Ətraflı
Bakıda vəhşicəsinə öldürülən 29 yaşlı Orxanın FOTOları like
  • 16 Sen 16:27  
Digərləri Bakıda vəhşicəsinə öldürülən 29 yaşlı Orxanın FOTOları

Sentyabrın 13-də Xətai rayonu ərazisində Orxan Yusiflinin baş nahiyəsinə

arrow Ətraflı
Bakıda daha bir moped qəzaya düşdü like
  • 16 Sen 16:19  
Digərləri Bakıda daha bir moped qəzaya düşdü

Bakıda daha bir moped qəzası baş verib.

arrow Ətraflı