Zakir Həsənov təxribatların qarşısının dərhal alınmasını əmr etdi


Siyasət 16 Sen 2020 16:00:00 77 0

Zakir Həsənov təxribatların qarşısının dərhal alınmasını əmr etdi

Sentyabrın 16-da Müdafiə naziri general-polkovnik Zakir Həsənov Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində birlik, birləşmə, əlahiddə hərbi hissə komandirlərinin və xüsusi təyinatlı hərbi təhsil müəssisələri rəslərinin ideoloji iş və mənəvi-psixoloji təminat üzrə müavinləri ilə görüşüb.

Müdafiə Nazirliyindən Son.az-a verilən məlumata görə, əvvəlcə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Müdafiə naziri cari ilin ötən dövründə döyüş hazırlığı və mənəvi-psixoloji təminat sahəsində fəaliyyətlərin təhlilini aparıb. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ordu quruculuğuna xüsusi diqqət göstərdiyini qeyd edən Müdafiə naziri Silahlı Qüvvələrin Ali Baş Komandanının ordumuz qarşısında qoyduğu tapşırıqları görüş iştirakçılarına çatdırıb.

Cəbhədəki son vəziyyətə toxunan Müdafiə naziri şəxsi heyətin döyüş hazırlığını və ayıq-sayıqlığını yüksək səviyyədə saxlamağı, eləcə də Ermənistan silahlı qüvvələrinin müxtəlif istiqamətlərdə törədə biləcəyi genişmiqyaslı təxribatların qarşısının dərhal və qətiyyətlə alınmasını əmr edib.

Azərbaycan xalqının Orduya inamının güclü olduğunu xatırladan nazir torpaqlarımızın işğaldan azad edilməsi naminə müqəddəs vəzifənin yerinə yetirilməsinə əsgərdən generaladək hər bir hərbi qulluqçunun hazır olduğunu bildirib.

Orduda həyata keçirilən döyüş hazırlığı tədbirləri, bölmələrin təminat və təchizatı, eləcə də döyüş qabiliyyətinin artırılması məsələlərini diqqətə çatdıran Müdafiə naziri həmçinin tərbiyəvi işin planlı şəkildə aparılması, qoşunların döyüş tapşırıqlarını yerinə yetirməyə daim hazır olmaları üçün ideoloji iş və mənəvi-psixoloji təminatın daha da gücləndirilməsi ilə bağlı vəzifəli şəxslərə konkret tapşırıqlar verib.

“Şənliyimdə 10 nəfər virusa yoluxdu, şişirdiləsi nə var?!” like
  • 16 Sen 15:49  
Digərləri “Şənliyimdə 10 nəfər virusa yoluxdu, şişirdiləsi nə var?!”

Türkiyə gözəli Şevval Şahinin keçirdiyi şənlikdə 10 nəfər koronaviru

arrow Ətraflı
Türkiyədə bu gün ilk koronavirus peyvəndləməsi keçiriləcək like
  • 16 Sen 15:47  
Dünya Türkiyədə bu gün ilk koronavirus peyvəndləməsi keçiriləcək

Türkiyədə bu gün ilk koronavirus peyvəndləməsi keçiriləcək.

arrow Ətraflı
Azərbaycanda bu gün koronavirusa yoluxanların sayı açıqlandı  FOTO like
  • 16 Sen 15:46  
Digərləri Azərbaycanda bu gün koronavirusa yoluxanların sayı açıqlandı FOTO

Azərbaycan Respublikasında koronavirus infeksiyasından daha 151 nəfər müal

arrow Ətraflı
Sevil Mikayılova: "Bu gün Azərbaycanda təhsilin əlçatanlığı tam təmin edilib" like
  • 16 Sen 15:41  
Digərləri Sevil Mikayılova: "Bu gün Azərbaycanda təhsilin əlçatanlığı tam təmin edilib"

"Gənc nəslin təlim-tərbiyəsi Azərbaycanın dövlət siyasətinin ana

arrow Ətraflı
Bakıda məktəbdə bədbəxt hadisə: gənc xanım huşunu itirib, like
  • 16 Sen 15:32  
Digərləri Bakıda məktəbdə bədbəxt hadisə: gənc xanım huşunu itirib,

Bilik günü münasibəti ilə orta məktəblərin birində himn səslənən zam

arrow Ətraflı
Lalə Məmmədova plastik əməliyyatdan sonra ilk dəfə  FOTO like
  • 16 Sen 15:27  
Şou-biznes Lalə Məmmədova plastik əməliyyatdan sonra ilk dəfə FOTO

Əməkdar artist Lalə Məmmədovanın qızı Çinarə də bu il birinci sinfə

arrow Ətraflı
Ermənilər Qarabağa muzdlu döyüşçülər köçürür like
  • 16 Sen 15:25  
Siyasət Ermənilər Qarabağa muzdlu döyüşçülər köçürür

Ermənistanın xarici ölkələrdən peşəkar muzdlu döyüşçülərin gətirm

arrow Ətraflı
"Qarabağın səs"i ingilis dilinə tərcümə olundu  VİDEO  FOTO like
  • 16 Sen 15:21  
Digərləri "Qarabağın səs"i ingilis dilinə tərcümə olundu VİDEO FOTO

İşğal olunan torpaqlarımızla bağlı Müdafiə Nazirliyinin və Bakı Şəh

arrow Ətraflı
Bələdiyyə sədri 3 min manat cərimələndi like
  • 16 Sen 15:19  
Digərləri Bələdiyyə sədri 3 min manat cərimələndi

Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsi Ekologiya

arrow Ətraflı
Milli Parkda qanunsuz balıq ovlayanlar saxlanıldılar  FOTO like
  • 16 Sen 14:59  
Digərləri Milli Parkda qanunsuz balıq ovlayanlar saxlanıldılar FOTO

Qızılağac Milli Parkının ərazisində qanunsuz balıq ovu ilə məşğul ol

arrow Ətraflı