Ermənilər Qarabağa muzdlu döyüşçülər köçürür


Siyasət 16 Sen 2020 15:25:00 66 0

Ermənilər Qarabağa muzdlu döyüşçülər köçürür

Ermənistanın xarici ölkələrdən peşəkar muzdlu döyüşçülərin gətirməsi hələ keçmiş prezident S.Sərkisyanın dövründən məlumdur. Belə ki, S.Sərkisyan ilk dəfə Prezident seçkilərinə qatılanda seçicilərlə görüşündəki çıxışlarının birində Suriya və İraqdan 60 min PKK üzvünün Qarabağa gətirəcəyinə söz vermişdi.

Son.az bildirir ki, bunu Trend-ə Azərbaycanın İşğal Olunmuş Ərazilərindəki Tarix və Mədəniyyət Abidələrini Müdafiə Təşkilatı İctimai Birliyinin sədri Faiq İsmayılov deyib.

O qeyd edib ki, lakin bu sayda döyüşçünün gətirilməsindən öncə onların sosial problemlərini həll etmək lazım idi: "Odur ki, keçmiş Hadrut, Əsgəran rayonlarında eləcədə Laçın, Kəlbəcər və Qubadlı ərazilərində qəsəbə tikintilərinə, Şuşa, Xankəndi şəhərlərindəki çoxmərtəbəli yaşayış binalarının təmir edilməsinə start verildi".

Laçın rayonunun Zabux kəndi. Kənddə azərbaycanlıların evləri sökülərək yerində hərbi qəsəbə salınır.

F.İsmayılov vurğulayıb ki, Ermənistan adı çəkilən ölkələrdən PKK üzvlərini və narkotik ticarətçilərini Qarabağda məskunlaşdırmağa başlayıb: "Faktiki olaraq Qarabağda məskunlaşdırılan ermənilərin sayı Qarabağda yaşayan ermənilərin sayından 1,5 dəfə çoxdur. Birinci Qarabağ müharibəsindən sonra Qarabağda ermənilərin sayı 30 min idisə, hal-hazırda onların sayı 70-80 min civarındadır.

Ermənilər işğal altındakı ərazilərimizdə 1992-ci ildən başladıqları süni məskunlaşdırma, beynəlxalq hüququn norma və prinsiplərini, Cenevrə konvensiyasını, müxtəlif beynəlxalq hüquqi sazişlərini qəsdən ayaq altına atırlar.

Son günlər Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərinə Livandan ermənilərin köçürülüməsi məsələsi araşdırılarkən məlum oldu ki, Qarabağa ermənilərin iddia etdikləri kimi mülki əhali deyil, peşəkar muzdlu döyüşçülər və onların ailələri gətirlib. Bu cür məskunlaşdırılma beynəlxalq hüquqda müharibə cinayəti adlandırılır.

"Respublika Armeniya" saytının verdiyi məlumata görə, Livandan 20 min erməni ailəsinin gətirilməsi planlaşdırılır. Avqustun axırlarında 800 erməni İrəvan vasitəsi ilə Qarabağa gətirilib.

Livandan peşəkar muzdlu döyüşçülərin Qarabağa gətirilməsinə "Hayastan" Umumerməni fondu 312 milyon dollardan çox, Qarabağın erməni icması rəhbərliyi tərəfindən 51,3 min, erməni əsilli amerikalı model Kim Kardaşyan isə 70 milyon dollar vəsait ayırıb. Bu vəsaitlər hesabına Qarabağda məskunlaşdırılan ermənilər Azərbaycan ordusuna qarşı vuruşacaqlar.

Şuşada və Xankəndində onlarla bina təmir edilərək hazır vəziyyətə gətirilmişdir.

Qubadlı rayonu Xanlıq kəndində inşa edilən hərbi qəsəbə

Keçmiş Ağdərə rayonunun Madagiz kəndidə inşa edilən hərbi qəsəbə

Keçmiş Ağdərə rayonunun Talış kəndidə inşa edilən hərbi qəsəbə

Son.az 

"Qarabağın səs"i ingilis dilinə tərcümə olundu  VİDEO  FOTO like
  • 16 Sen 15:21  
Digərləri "Qarabağın səs"i ingilis dilinə tərcümə olundu VİDEO FOTO

İşğal olunan torpaqlarımızla bağlı Müdafiə Nazirliyinin və Bakı Şəh

arrow Ətraflı
Bələdiyyə sədri 3 min manat cərimələndi like
  • 16 Sen 15:19  
Digərləri Bələdiyyə sədri 3 min manat cərimələndi

Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsi Ekologiya

arrow Ətraflı
Milli Parkda qanunsuz balıq ovlayanlar saxlanıldılar  FOTO like
  • 16 Sen 14:59  
Digərləri Milli Parkda qanunsuz balıq ovlayanlar saxlanıldılar FOTO

Qızılağac Milli Parkının ərazisində qanunsuz balıq ovu ilə məşğul ol

arrow Ətraflı
Gələn ilin dövlət büdcəsi layihəsi Hesablama Palatasına təqdim olunub like
  • 16 Sen 14:50  
Digərləri Gələn ilin dövlət büdcəsi layihəsi Hesablama Palatasına təqdim olunub

2021-ci il üzrə dövlət büdcəsinin layihəsi Hesablama Palatasına təqdim

arrow Ətraflı
DƏHŞƏTLİ QƏTL: like
  • 16 Sen 14:47  
Dünya DƏHŞƏTLİ QƏTL:

Türkiyənin Muğla əyalətində dəhşətli qətl hadisəsi baş verib.

arrow Ətraflı
Bakı və Abşeronda yağış yağacaq like
  • 16 Sen 14:44  
Digərləri Bakı və Abşeronda yağış yağacaq

Sentyabrın 17-də Bakıda və Abşeron yarımadasında əsasən səhər və ax

arrow Ətraflı
İki ölkənin hökumətləri ikinci lokdaunu istisna etmirlər like
  • 16 Sen 14:43  
Dünya İki ölkənin hökumətləri ikinci lokdaunu istisna etmirlər

Koronavirusa yoluxanların sayında kəskin artımın pandemiyanın ikinci dalğ

arrow Ətraflı
Koronavirusu insan yaradıb deyən viroloq bunu faktlarla sübut etdi  FOTO like
  • 16 Sen 14:34  
Dünya Koronavirusu insan yaradıb deyən viroloq bunu faktlarla sübut etdi FOTO

Ötən gün çinli viroloqun koronavirusla bağlı iddiaları barədə məlumat

arrow Ətraflı
Paytaxtda qoyunquzu oğruları saxlanıldılar  FOTO like
  • 16 Sen 14:32  
Kriminal Paytaxtda qoyunquzu oğruları saxlanıldılar FOTO

Xəzər Rayon Polis İdarəsi və 3-cü Polis Bölməsi əməkdaşlarının həy

arrow Ətraflı
"Onlayn dərs və videokonfranslar internetin sürətinə necə təsir edir?" like
  • 16 Sen 14:27  
Digərləri "Onlayn dərs və videokonfranslar internetin sürətinə necə təsir edir?"

COVID-19 pandemiyası fonunda bütün dünyada onlyan iş rejimi tətbiqi olunur

arrow Ətraflı
“AzerGold” QSCnin orta və uzunmüddətli Korporativ Strategiyası hazırlanıb like
  • 16 Sen 14:24  
Digərləri “AzerGold” QSCnin orta və uzunmüddətli Korporativ Strategiyası hazırlanıb

Əlvan metal filizlərin hasilatı sektorunun dayanıqlı inkişafının təmin

arrow Ətraflı