Rusiyada azərbaycanlını qətlə yetirən “Tesak” ləqəbli hərəkat lideri istintaq təcridxanasında ölü tapıldı


Dünya 16 Sen 2020 14:40:00 135 0

Rusiyada azərbaycanlını qətlə yetirən “Tesak” ləqəbli hərəkat lideri istintaq təcridxanasında ölü tapıldı

Rusiyada azərbaycanlını qətlə yetirən "Restrukt" milliyyətçi hərəkatının lideri, "Tesak" ləqəbli Maksim Martsinkeviç Çelyabinskdəki istintaq təcridxanasında ölü tapılıb.

Son.az APA-ya istinadən bildirir ki, onun intihar etdiyi bildirilib.

Qeyd edək ki, "Tesak" 2018-ci ilin dekabrında cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 10 il müddətinə azadlıqdan məhrum edilib. Onun liderlik etdiyi təşkilat "narkotacirlərlə mübarizə" adı altında qeyri-rus millətindən olan şəxslərə hücumlar təşkil edib. Milliyyətçi "Restrukt"un qurbanlarından biri də Azərbaycan vətəndaşı Zaur Alışov olub. Bu təşkilata daxil olan bir qrup milliyyətçi quldur 2017-ci ildə həmyerlimiz Zaur Alışova hücum edərək onu vəhşicəsinə döyüb qətlə yetiriblər.

Bundan başqa "Tesak"ın dəstəsi qeyri-rus millətindən olan şəxsləri döyərək videoya çəkib internetdə yayıblar.