"Onlayn dərs və videokonfranslar internetin sürətinə necə təsir edir?"


Digərləri 16 Sen 2020 14:27:08 146 0

"Onlayn dərs və videokonfranslar internetin sürətinə necə təsir edir?"

COVID-19 pandemiyası fonunda bütün dünyada onlyan iş rejimi tətbiqi olunur. Bununla əlaqədar olaraq genişzolaqlı şəbəkənin yüklənməsində artım müşahidə olunur.

Son.az xəbər verir ki, bu barədə Trend-ə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən bildiriblər.

Qeyd olunur ki, başlıca problem yüklənmənin paylaşdırılmasına uyğun olaraq qoşulma coğrafiyasının dəyişməsidir. Tədris müəssisələrinin bağlanması ilə əlaqədar ev şəraitində onlayn dərs və videokonfransların həcmi ümumi trafikin 70 faizini əhatə edir. Hamı, eyni zamanda, internetə qoşulmaq istəyəndə işdə çətinliklər yarana bilir.

Bütün bunlar nəzərə alınmaqla şəbəkənin fasiləsiz və sürətli işini təmin etmək üçün operativ tədbirlər görülür. Bundan başqa, operator şəbəkəsinin tutumluluğu da yüklənmənin qarşısının alınması üçün genişləndirilir. İnternetin sürəti ilə bağlı bütün məsələlər və müraciətlər qeydə alınır və operativ tədbirlər görülür.