Dövlət qulluğuna qəbul olanların 82 faizi gənclər olub


Digərləri 16 Sen 2020 14:15:00 113 0

Dövlət qulluğuna qəbul olanların 82 faizi gənclər olub

Sentyabrın 10-da inzibati icraçı vəzifələrə (B növü) aid olan vəzifə qrupları üzrə keçirilən imtahanda müvəffəqiyyət əldə edən 516 nəfər (uğur əldə edənlərin təqribən 82.4%-i,) 20-29 yaş intervalında olan namizədlərdir.

Dövlət İmtahan Mərkəzindən (DİM) Son.az-a verilən məlumata görə, qeydiyyatdan keçən namizədlərin 730 nəfəri kişi, 687 nəfəri isə qadın olmuşdur. Qeydiyyatdan keçən namizədlərdən kişilər üzrə 661 nəfər (qeydiyyatdan keçənlərin 90.5%-i), qadınlar üzrə isə 625 nəfər (qeydiyyatdan keçənlərin 91.%-i) 20-34 yaş intervalında olanlardır. Yuxarı yaş qrupları (45-64 yaş intervalı) üzrə 21 nəfər (10 kişi, 11 qadın) qeydiyyatdan keçsə də, imtahanda yalnız 6 nəfər (1 kişi, 5 qadın) uğur qazana bilib. Ümumiyyətlə, imtahanda iştirak edən 40 yaşdan yuxarı namizədlərdən yalnız 8 nəfər imtahanı uğurla keçib.

Ümumilikdə imtahanda müvəffəqiyyət əldə edən 516 nəfər (uğur əldə edənlərin təqribən 82.4%-i, 241 kişi və 275 qadın) 20‑29 yaş intervalında olan namizədlərdir. 30-39 yaş intervalında isə 102 nəfər (40 kişi və 62 qadın) lazım olan balı toplaya bilib.

Cədvəldən də göründüyü kimi imtahanda uğur qazanan namizədlərin 595 nəfəri, yəni təqribən 95%-i yaşı 34-ə qədər olan insanlardır. 35-64 yaş intervalında olan və imtahanı uğurla keçən namizədlərin sayı 31 nəfərdir.

Xatırladaq ki, imtahanda iştirak etmək üçün qeydiyyatdan keçmiş 1417 namizəddən 626 nəfəri (44.2%) müvəffəqiyyət əldə edib: