Əli Əhmədov Tofiq Yaqubludan danışdı: "Onun həyatı indi radikalların faydalanmağa çalışdığı alətə çevrilib"


Siyasət 16 Sen 2020 12:59:00 67 0

Əli Əhmədov Tofiq Yaqubludan danışdı: "Onun həyatı indi radikalların faydalanmağa çalışdığı alətə çevrilib"

Yeni Azərbaycan Partiyasının sədr müavini - icra katibi Əli Əhmədov rəsmi feysbuk səhifəsində hazırda həbsdə aclıq aksiyası keçirən Tofiq Yaqublu barəsində status paylaşıb.

Son.az xəbər verir ki, o bildirib ki, müxalifətin radikal qanadı düşdüyü siyasi koma vəziyyətindən Tofiq Yaqublu "faktoru" vasitəsilə çıxmağa çalışır: "Siyasətin əxlaqla toqquşduğu çirkin hadisənin şahidləriyik. Törətdiyi cinayət tərkibli əməllərinə görə bütün prosedurlara uyğun olaraq məhkəmə hökmü ilə cəza almış müxalifətçi Tofiq Yaqublunun həyatı indi radikalların faydalanmağa çalışdığı alətə çevrilib. Bu gün üçün aktual olan müxalifətçinin elan etdiyi aclıqla əlaqədar səhhətində yaranmış problemlərin aradan qaldırılmasıdır. Dövlət öz üzərinə düşən vəzifənin yerinə yetirilməsində seçim etmir. Tofiq Yaqublunun sağlamlığının qorunması üçün lazım olan bütün tədbirlər görülür və görüləcək. Lakin təəssüf ki, əks düşərgənin mövqeyi insanın sağlamlığı deyil, ondan siyasi divident qazanmaqdan ibarətdir. Görünür, radikalları onların öz sıralarından olan birisinin həyatından daha çox, yaranmış vəziyyətdən faydalanmaq maraqlandırır. 

İnsanın həyatını siyasətə qurban vermək siyasətin əxlaqi mahiyyətindən məhrum edilməsidir. O ki qaldı Tofiq Yaqublunun barəsində çıxarılan məhkəmə hökmündən narazı qalmasına, onu həll etməyin məlum hüquqi prosedurları mövcuddur. Sağlamlığı hesabına hüquqa qalib gəlmək taktikasını düzgün seçim saymaq çox çətindir. Xüsusilə də, əgər bundan kimlərsə siyasi reytinqini yüksəltməyə çalışırsa. İnsanın həyatı və sağlamlığı heç bir halda siyasi alver və ya mübarizə predmeti olmamalıdır. Azərbaycanı bu cür çirkin siyasətdən qorumalıyıq".

“BakuBus” avtobusları depoda belə yoxlanılır  FOTO like
  • 16 Sen 12:58  
Digərləri “BakuBus” avtobusları depoda belə yoxlanılır FOTO

Bakıda ictimai nəqliyyatda sərnişindaşınma ilə məşğul olan "BakuB

arrow Ətraflı
Qonşusunu döydü, like
  • 16 Sen 12:53  
Digərləri Qonşusunu döydü,

Türkiyəli aktyor-müğənni Halil Sezainin başına iş gəlib.

arrow Ətraflı
DSMF: Əmək pensiyasının maksimum məbləğinə məhdudiyyət qoyulmayıb like
  • 16 Sen 12:48  
Digərləri DSMF: Əmək pensiyasının maksimum məbləğinə məhdudiyyət qoyulmayıb

Əmək pensiyasının məbləği vətəndaşın gəlirlərindən ödədiyi sığ

arrow Ətraflı
Ermənistanın işğalçılıq siyasəti Niderland ictimaiyyətinin nəzərinə çatdırılıb like
  • 16 Sen 12:47  
Siyasət Ermənistanın işğalçılıq siyasəti Niderland ictimaiyyətinin nəzərinə çatdırılıb

Niderlandda Azərbaycan Evi təşkilatının Xristian-Demokrat Çağırışı (C

arrow Ətraflı
Vaqif Axundov “Şöhrət” ordeni ilə təltif edildi like
  • 16 Sen 12:44  
Siyasət Vaqif Axundov “Şöhrət” ordeni ilə təltif edildi

Prezident İlham Əliyev Vaqif Axundovun "Şöhrət" ordeni ilə təlt

arrow Ətraflı
“Kamaz” sürücüsü sükan arxasında vəfat etdi like
  • 16 Sen 12:42  
Digərləri “Kamaz” sürücüsü sükan arxasında vəfat etdi

Qaxda sürücü sükan arxasında dünyasını dəyişib.

arrow Ətraflı
Boşandıqları deyilən Aynişan ilk dəfə Kənanın görüntülərini yaydı  FOTO like
  • 16 Sen 12:31  
Şou-biznes Boşandıqları deyilən Aynişan ilk dəfə Kənanın görüntülərini yaydı FOTO

Bir müddət öncə boşanma xəbəri ilə gündəmə gələn Aynişan və Kəna

arrow Ətraflı
Azərbaycanlı jurnalist yeni görkəmdə  FOTO like
  • 16 Sen 12:25  
Şou-biznes Azərbaycanlı jurnalist yeni görkəmdə FOTO

Tanınmış jurnalist, teleaparıcı Tahirə Məmmədqızı maraqlı görünüş

arrow Ətraflı
ÜSTdən məktəblərin açılması ilə bağlı like
  • 16 Sen 12:24  
Digərləri ÜSTdən məktəblərin açılması ilə bağlı

Payız fəslində məktəblərin yenidən açılması, qrip mövsümünün başl

arrow Ətraflı
Pirallahıda yolların yenidən qurulmasına 1,4 milyon manat ayrılıb like
  • 16 Sen 12:23  
Siyasət Pirallahıda yolların yenidən qurulmasına 1,4 milyon manat ayrılıb

Prezident İlham Əliyev Bakı şəhərinin Pirallahı rayonu ərazisində avtom

arrow Ətraflı
2 əvvəl törədilən qətlin üstü açıldı like
  • 16 Sen 12:22  
Kriminal 2 əvvəl törədilən qətlin üstü açıldı

Prokurorluq orqanları tərəfindən digər hüquq-mühafizə orqanları ilə ə

arrow Ətraflı
"Boğazından kəsdin, borc elədin..." FOTO like
  • 16 Sen 12:20  
Şou-biznes "Boğazından kəsdin, borc elədin..." FOTO

Klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu anası ilə fotosunu yayımlayıb.

arrow Ətraflı
DTX əməliyyat keçirdi: like
  • 16 Sen 12:18  
Kriminal DTX əməliyyat keçirdi:

Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən həyata keçirilmiş əməliyy

arrow Ətraflı
Bakı sakinini küçədə daşla vurub öldürdülər like
  • 16 Sen 12:14  
Kriminal Bakı sakinini küçədə daşla vurub öldürdülər

Sentyabrın 13-də Xətai rayonu ərazisində Orxan Yusiflinin baş nahiyəsinə

arrow Ətraflı