Oğuzda 3 tondan artıq narkotik vasitə məhv edildi FOTO


Digərləri 16 Sen 2020 11:40:00 146 0

Oğuzda 3 tondan artıq narkotik vasitə məhv edildi  FOTO

Oğuz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən "Xaş-xaş 2020" əməliyyat-axtarış və profilaktik tədbirlər planına uyğun olaraq keçirilmiş tədbirlər nəticəsində rayonun Calut kəndi ərazisində yabanı halda bitən narkotik tərkibli çətənə bitkiləri aşkar edilib.

DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan Son.az-a verilən məlumata görə, ümumi çəkisi 3 tondan artıq olan 2550 ədəd çətənə kolu kökündən çıxarılıb və yandırılaraq məhv edilib.

Faktla bağlı Oğuz Rayon Polis Şöbəsində araşdırma aparılır.