Reynmen koronavirusa yoluxdu


Digərləri 16 Sen 2020 09:57:00 164 0

Reynmen koronavirusa yoluxdu

Reper Reynmen (Yusuf Aktaş) koronavirusa yoluxub.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, repçi bu barədə sosial şəbəkədə məlumat verib. O, koronavirus testinin pozitiv çıxdığını bildirib:

"İyrənc, pis hiss edirəm. Həm xəstə kimiyəm, həm də deyiləm. Qəribə bir şeydir. Evdəyəm, karantindəyəm. Heç yerə çıxmıram. Kimsəylə təmas qurmuram. İndiyədək təmasda olduğum hər kəsə xəbərdarlıq etdim. Gedib test versinlər. Mən də bu virusa kimdənsə tutuldum. Hamı diqqətli olsun".