Yeni Zelandiyada məktəb avtobusu ilə qatar toqquşub


Dünya 16 Sen 2020 08:40:00 113 0

Yeni Zelandiyada məktəb avtobusu ilə qatar toqquşub

Yeni Zelandiyada qatarla toqquşan məktəb avtobusu sürücüsü xəstəxanaya gedərkən ölüb və qəzada 40 şagird yaralanıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, bu haqda Radio New Zealand radiostansiyası bildirib.

Bildirilib ki, toqquşma Şimali Palmerston şəhərindəki dəmir yolu keçidində hərəkət edən qatarla olub. Altı məktəbli xəstəxanaya yerləşdirilib.

Şəhər polisi, həkimlərin uşaqların vəziyyətini qənaətbəxş qiymətləndirdiyini, heç kimin ciddi xəsarət almadığını qeyd edib.