Evo Morales məhkəməyə çağırıldı


Dünya 16 Sen 2020 08:26:00 117 0

Evo Morales məhkəməyə çağırıldı

Boliviya prokurorluğu eks-prezident Evo Moralesin məhkəmədə cinayət işi üzrə ifadə vermək üçün 10 gün ərzində gəlməsini tələb edib. Cinayət işinə əsasən, E.Morales terrorçuluqda ittiham olunub.

Son.az Trend-ə istinadən xəbər verir ki, bu barədə baş prokuror Xuan Lançipa bildirib.

O qeyd edib ki, E.Moralesin 10 gün ərzində məhkəmə orqanı qarşısına çıxması lazım olduğunu bildirməsi ilə bağlı qərar verilib.