Bu xəstəlik COVID19un ağır formasından QORUYUR


Digərləri 16 Sen 2020 07:48:00 147 0

Bu xəstəlik COVID19un ağır formasından QORUYUR

Alimlər allergik astmanın koronavirusa qarşı qoruyucu amil ola biləcəyini söyləyib.

Son.az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının akademiki Aleksandr Karaulov açıqlama verib.

"Astma koronavirusa qarşı qoruyucu amil ola bilər. Bunun səbəblərindən biri bütün allergiyaya məruz qalanların keçirdiyi xüsusi iltihab növüdür. Çox güman ki, allergik astma xəstələrini ağır gedişatdan və ölümdən qoruyan bu istiqamətdəki immunitet reaksiyasının qütbləşməsidir", - Karaulov bildirib.

Qeyd edək ki, bir neçə patologiyası olan COVID-19 xəstələri arasında bu xəstəlik daha nadirdir. (publika.az)