"Qızlar seksual görünür, amma üzlərindəki nur itib"


Şou-biznes 15 Sen 2020 19:39:00 165 0

"Qızlar seksual görünür, amma üzlərindəki nur itib"

"Açılışlara, dəvətlərə getmirəm. Orada şou-biznes nümayəndələri olur. Gəlirlər, "necəsən" və gedir. Çox qeyri-səmimidilər. Çox insan olan yeri sevmirəm. Hamı ilə görüşməlisən, salamlaşmalısan, bu, mənim üçün işgəncədir. Səni yola verirlər və sən də kimisə yola verirsən. İnsanın həyatında hər şey çox olmamalıdır: pul, dost...".

Son.az axşam.az-a istinadən bildirir ki, bu sözləri müğənni Çingiz Mustafayev "Ulduzun vaxtı" proqramında deyib. Sənətçi bildirib ki, açılışlara qatılmır. O, şou-biznes nümayəndələrini qeyri-səmimi adlandırıb.

Çingiz "Yeni ulduz" yarışmasındakı illərindən bəhs edib:

"Birinci olmuşdum, amma əsas onu saxlamaq idi. Kimisə atası, dayısı pul buraxıb qabağa çəkir. Məndə isə bu yox idi. Metroya minirdim, hamı söz atırdı: kimi bəyənmirdi, mənfi nəsəd eyirdi. Buna görə də maşın lazım idi, amma pulum yox idi almağa. Çalışdım və hər şeyi özüm etdim. Heç vaxt dayanmadım, ancaq işlədim".

"İfaçıların 90 faizi sənət üçün yox, kütlə üçün çalışırlar" sözlərinə Çingiz belə cavab verib:

"Düzgün yoldadırlar, ağıllıdırlar. 30 yaşım olacaq, son 3 ildir pul üçün oxuyuram. Ona qədər dərin mənalı mahnılar oxuyurdum, cəmiyyətə bu, lazım deyil. Dünyanın çox yerində ağıllı insan azdır, 90 faiz savadsız, musiqi zövqü pisdir. Yaxşı insan daha azdır. Əgər tamaşaçı aldanmaq istəyirsə, onu aldat. Mən də ildə bir dəfə komersiya məqsədli mahnı buraxıram. Dünyaya çıxmaq üçün layihə hazırlayıram".