XİNdə Azərbaycan İsveç ikitərəfli əməkdaşlıq münasibətləri müzakirə edilib FOTO


Siyasət 15 Sen 2020 19:27:00 58 0

XİNdə Azərbaycan  İsveç ikitərəfli əməkdaşlıq münasibətləri müzakirə edilib  FOTO

Bu ilin 15 sentyabr tarixində Xarici İşlər naziri Ceyhun Bayramov İsveç Krallığının ölkəmizdə yeni təyin olunmuş səfiri Kristian Kamilin etimadnaməsinin surətini qəbul edib.

Xarici İşlər Nazirliyindən (XİN) Son.az-a verilən məlumata görə, nazir Ceyhun Bayramov səfir Kristian Kamili təyinatı münasibətilə təbrik edərək, İsveçin Azərbaycandakı diplomatik təmsilçiliyinin statusunu yüksəldərək ölkəmizdə ilk rezident səfirini təyin etməsinin iki ölkə arasında əlaqələrin inkişafına əhəmiyyətli töhfə verəcəyini qeyd etdi.

Kristian Kamill ölkəmizə səfir təyin olunmasından məmnun olduğunu söylədi. İsveçin Azərbaycanda diplomatik təmsilçiliyini yüksəltməsinin ölkəmizə verilən əhəmiyyətin göstəricisi olduğunu vuğuladı. O, diplomatik fəaliyyəti dövründə iki ölkə arasındakı əməkdaşlığın genişləndirilməsi üçün səylərini əsirgəməyəcəyini bildirdi.

Görüşdə Azərbaycan və İsveç arasında mövcud olan ikitərəfli əməkdaşlıq münasibətləri, o cümlədən siyasi, iqtisadi, ticarət, mədəniyyət, turizm sahələrində əlaqələrin inkişafı, parlamentlərarası əməkdaşlığın genişləndirilməsi imkanları, eləcə də çoxtərəfli platformalarda fəal təmsilçilik və təmaslar barədə fikir mübadiləsi aparıldı. İsveç Krallığının 2021-ci ildə ATƏT-də fəaliyyətdə olan sədrliyi həyata keçirməsi ərəfəsində İsveç Xarici İşlər nazirinin, həmçinin ikitərəfli məsələləri müzakirə etmək məqsədilə bölgəyə səfərinin həyata keçirilməsinin nəzərdən keçirildiyi qeyd olundu.

Nazir Ceyhun Bayramov İsveç səfirinə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi və onun ağır nəticələri, Ermənistanın iki dövlətin sərhədində törətdiyi cari ilin 12-16 iyul hərbi təxribatı və bu ölkə rəhbərliyinin bölgədə gərginliyin artmasına xidmət edən addımları, son zamanlar geniş silahlanmanı həyata keçirən Ermənistanın təxribatçı fəaliyyətini davam etdirməsi, beynəlxalq ictimaiyyətin işğalçı ölkəyə qəti ismarışlarının verilməsinin zəruriliyi barədə ətraflı məlumat verdi. Nazir, İsveçin ATƏT-də fəaliyyətdə olan sədrliyi çərçivəsində ATƏT məkanında təhlükəsizliyə başlıca təhdid olan bu münaqişənin həlli məsələsinin gündəlikdə saxlanmasının vacibliyini ifadə etdi.

Səfir Kristian Kamill İsveçin Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini və münaqişənin sülh yolu ilə həllində maraqlı olduğunu vurğuladı.

Tərəflər, habelə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi apardılar.

Şəkidə 3 min əhalinin istifadə etdiyi avtomobil yolunun tikintisi davam etdirilir like
  • 15 Sen 19:24  
Digərləri Şəkidə 3 min əhalinin istifadə etdiyi avtomobil yolunun tikintisi davam etdirilir

3 min nəfərin yaşadığı 5 yaşayış məntəqəsini birləşdirən və Qara

arrow Ətraflı
Çin sərhədyanı şəhəri karantinə bağladı like
  • 15 Sen 19:19  
Dünya Çin sərhədyanı şəhəri karantinə bağladı

Çinin cənub-qərbində, Myanma ilə sərhəddə yerləşən Ruili şəhəri ka

arrow Ətraflı
Ceyhun Bayramov Fransanın Azərbaycan səfiri Zakari Qrosla görüşüb like
  • 15 Sen 19:17  
Siyasət Ceyhun Bayramov Fransanın Azərbaycan səfiri Zakari Qrosla görüşüb

Xarici İşlər naziri Ceyhun Bayramov Fransa Respublikasının Azərbaycan Resp

arrow Ətraflı
Bakının bəzi küçə və prospektlərində sıxlıq müşahidə olunur like
  • 15 Sen 19:12  
Digərləri Bakının bəzi küçə və prospektlərində sıxlıq müşahidə olunur

Hazırda axşam pik saatı olduğundan bəzi küçə və prospektlərdə nəqliy

arrow Ətraflı
Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsi hesabat verdi  FOTO like
  • 15 Sen 19:09  
Siyasət Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsi hesabat verdi FOTO

Sentyabrın 15-də Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya k

arrow Ətraflı
Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın iclası: Samir Nuriyev sədr seçildi  FOTO like
  • 15 Sen 19:00  
Siyasət Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın iclası: Samir Nuriyev sədr seçildi FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dövlət idarəçiliyi

arrow Ətraflı
Koronavirusa yoluxan müğənni reanimasiyaya yerləşdirilib like
  • 15 Sen 18:59  
Digərləri Koronavirusa yoluxan müğənni reanimasiyaya yerləşdirilib

Karadeniz musiqisinin tanınan simalarından olan Cimilli İbo koronavirus infek

arrow Ətraflı
Dünyada yalnız bu 11 ölkədə koronavirus yoxdur like
  • 15 Sen 18:57  
Dünya Dünyada yalnız bu 11 ölkədə koronavirus yoxdur

Çində başlayaraq bütün dünyaya yayılan COVİD-19 virusunun hələ d

arrow Ətraflı
Kürdəmirdə 3 kəndi birləşdirən yolun yenidən qurulması yekunlaşmaq üzrədir like
  • 15 Sen 18:54  
Digərləri Kürdəmirdə 3 kəndi birləşdirən yolun yenidən qurulması yekunlaşmaq üzrədir

Prezident İlham Əliyevin rəhbərliyi ilə regionların inkişafı ilə bağl

arrow Ətraflı
İranda koronavirusa yoluxanların sayı artıb like
  • 15 Sen 18:44  
Dünya İranda koronavirusa yoluxanların sayı artıb

İranda ötən sutka ərzində 2 705 nəfər koronavirusa (COVİD-19) yoluxub.

arrow Ətraflı
Texnologiya əsrinin internetsiz qalan sakinləri: “Müraciətə baxan yoxdur” like
  • 15 Sen 18:39  
Digərləri Texnologiya əsrinin internetsiz qalan sakinləri: “Müraciətə baxan yoxdur”

Hazırda paytaxtın əksər kənd və qəsəbələrində, şəhərətrafında ox

arrow Ətraflı
Vergi ödəyicilərinin əvvəlcədən onlayn növbə tutmaqla qəbuluna başlanılır like
  • 15 Sen 18:37  
Digərləri Vergi ödəyicilərinin əvvəlcədən onlayn növbə tutmaqla qəbuluna başlanılır

12 may 2020-ci il tarixdən etibarən İqtisadiyyat Nazirliyi yanında Dövlət

arrow Ətraflı
Məşhur sima illər sonra efirdə like
  • 15 Sen 18:34  
Şou-biznes Məşhur sima illər sonra efirdə

Hər zaman orijinallığı ilə seçilən ARB TV yeni mövsümdə də fərqliliy

arrow Ətraflı
Ayrıldıqdan sonra ilk dəfə birlikdə kameraya düşdülər like
  • 15 Sen 18:29  
Digərləri Ayrıldıqdan sonra ilk dəfə birlikdə kameraya düşdülər

Dünyaca məşhur cütlük Bredli Kuper və İrina Şeyk ayrıldıqdan 1 il sonr

arrow Ətraflı
Su polisləri qanunsuz balıq ovu ilə məşğul olanlara qarşı əməliyyat keçirib like
  • 15 Sen 18:19  
Digərləri Su polisləri qanunsuz balıq ovu ilə məşğul olanlara qarşı əməliyyat keçirib

Müvafiq icazələri olmadan qanunsuz olaraq ov edən və balıqçılıqla məş

arrow Ətraflı