Erməni deputatlar: “Ermənistanda vəziyyət daha da ağırlaşacaq"


Dünya 15 Sen 2020 19:29:00 171 0

Erməni deputatlar: “Ermənistanda vəziyyət daha da ağırlaşacaq"

"Ermənistan hökumətinin binası qarşısında hər gün etiraz aksiyaları keçirilir".

Son.az demokrat.az-a istinadən xəbər verir ki, bunu Çiçəklənən Ermənistan Partiyasının sədri Qaqik Sarukyan İcevan şəhərində yerli sakinlərlə görüşündə bildirib.

"Dövlət borcu artır. Bu pulları hara xərcləyiblər? Hakimiyyətdəki məsul şəxslər təcrübəli insanlar olmalı, başçılıq etdikləri sahəni bilməlidirlər", - Q.Sarukyan vurğulayıb.

O qeyd edib ki, səlahiyyətli şəxslər insanların sosial vəziyyətini yüngülləşdirə bilsəydi, problemlər aradan qalxardı.

Q.Sarukyan daha sonra ölkədəki hazırkı vəziyyətin dəhşətli dərəcədə ağır olduğunu və daha da ağırlaşacağını vurğulayıb.