Çin sərhədyanı şəhəri karantinə bağladı


Dünya 15 Sen 2020 19:19:00 135 0

Çin sərhədyanı şəhəri karantinə bağladı

Çinin cənub-qərbində, Myanma ilə sərhəddə yerləşən Ruili şəhəri karantinə bağlanıb.

Son.az Trend-ə istinadən bildirir ki, şəhər ərazisində azı iki nəfərdə koronavirus aşkar edilib.

Qeyd olunur ki, hər iki şəxs Myanma vətəndaşıdır. Karantin rejimi çərçivəsində bütün sakinlərə evləri tərk etməmək tövsiyə olunub. Şəhərə giriş-çıxış bağlanıb.

Myanma hökuməti ötən həftə yoluxmanın ikinci dalğası çərçivəsində ölkə boyunca karantin rejimini sərtləşdirib. Bu günədək Myanmada 3,3 min yoluxma və 32 ölüm qeydə alınıb.