Dünyada yalnız bu 11 ölkədə koronavirus yoxdur


Dünya 15 Sen 2020 18:57:00 123 0

Dünyada yalnız bu 11 ölkədə koronavirus yoxdur

Çində başlayaraq bütün dünyaya yayılan COVİD-19 virusunun hələ də görülmədiyi ölkələr var.

Son.az xəbər verir ki, azxeber.com koronavirusa yoluxmanın qeydə alınmadığı ölkələrlə bağlı araşdırma aparıb.

Hazırda dünyada cəmi 11 ölkədə koronavirusa yoluxma qeydə alınmayıb, 188 ölkədə isə yoluxma aşkarlanıb.

Həmin 11 ölkədə yoluxmanın olmamasının başlıca səbəbi həmin ölkələrin sərhədlərinin bağlı olmasıdır.

Bu ölkələrin siyahısını təqdim edirik:

Palau - Bir Okeaniya ölkəsidir. Papua Yeni Qvineyanın qonşuluğunda yerləşir. Sakit okeanın şimalındadır.

328 adadan ibarətdir, sahəsi 458 km²-dir. 2013-cü il məlumatına görə əhalisi 21 min nəfərdir. Paytaxtı Nqerulmud şəhəridir.

Kiribati Respublikası - Sakit Okeaninda yerləşən adalar dövlətidir. Kiribati Respublikası 33 ada və atolldan ibarətdir. Paytaxtı Tarava şəhəridir. 

Mikroneziya - rəsmi adı Mikroneziya Federal Dövlətləridir. Ölkənin paytaxtı Palikirdir. 4 tərəfdən də okeanla əhatə olunan ölkə, ümumilikdə 607 adadan ibarətdir. Rəsmi dili ingilis dilidir.

Solomon adaları - Bu ada Hind okeanında yer alır. Ərazisi 28 min 450 km, əhalisi yarım milyonun üzərindədir.

Tonqa Krallığı - Bu ada dövləti monarxiya üsulu ilə idarə edilir. 2006-cı ildə taxta çıxan Kral Tupov V-in 2012-ci ildə vəfatından sonra dövlətin başına Kral George Tupou VI keçib.