"Dezinformasiyaları yaymaqda məqsədləri orduda ruh düşkünlüyü yaratmaqdır"


Siyasət 15 Sen 2020 17:27:00 77 0

"Dezinformasiyaları yaymaqda məqsədləri orduda ruh düşkünlüyü yaratmaqdır"

Təkcə hərbi istiqamətdə deyil, Ermənistanın təbliğat maşını da bu gün var qüvvəsi ilə işə salınıb, gecə-gündüz Azərbaycan əleyhinə dezinformasiya yayır.

Son.az bildirir ki, bunu Trend-ə açıqlamasında millət vəkili Elman Nəsirov Azərbaycan Ordusuna qarşı həyata keçirilən informasiya təxribatlarından danışarkən deyib. Onun sözlərinə görə, ermənipərəst qüvvələr dezinformasiya yaymaqla ordunun döyüş ruhuna mənfi təsir göstərmək istəyir:

"Biz Ermənistanla müharibə vəziyyətindəyik. Düzdür, aktiv hərbi əməliyyatlar başlamayıb, amma istənilən an başlana bilər. Ermənistan regionda sülh və təhlükəsizlik üçün çox ciddi təhlükəyə çevrilməkdədir. Düşmən ölkənin yeni hərbi doktrinasının qəbulu, milli təhlükəsizlik strategiyasında edilmiş dəyişikliklər, Tovuz hadisələri, Ermənistan rəhbərliyinin qondarma rejimə tez-tez səfərləri, "etnik erməni" adı altında əvvəl Suriyadan, indi də Livandan terrorçuların Dağlıq Qarabağın işğal altındakı ərazilərinə yerləşdirilməsi və s. onu göstərir ki, Ermənistan sülh prosesinə zərbə vurur. Bütün bunlar nəticə etibarilə müharibəni labüdləşdirə bilər. Guya ki, Azərbaycanın Suriyadan yaraqlıları gətirib Ermənistan əleyhinə istifadə edəcəyi kimi absurd yalanlarla çıxış edən dezinformasiya maşını dayanmadan işləməkdədir. Onlar daha çox bunu sosial şəbəkələrdən, eləcə də "Youtube" kanallarından və digər media vasitələrindən istifadə edərək həqiqətə daban-dabana zidd olan məlumatlar yayırlar.

Təəssüflə qeyd etmək lazımdır ki, bəzən ön sıralarımızdan da onlara inanmaq istəyən kimlərsə tapılır və bu, heç bir halda qəbul edilə bilməz.

Müharibənin öz qaydaları, şərtləri var. İnformasiya məkanında olduqca ehtiyatlı olmaq lazımdır. İstənilən ehtiyatsız davranış və ehtiyatsız səsləndirilən fikir milli maraqlarımızın ziddinə ola bilər. Nə qədər qəribə olsa da, insanlar dezinformasiyaya həqiqətdən daha çox inanmaq istəyirlər. Çünki həmin məlumatlar bər-bəzəkli təqdim olunur və bəzi səbatsız insanları aldatmaq, çaşdırmaq mümkün olur. Ona görə də hər birimiz bu məsuliyyəti dərk etməliyik. Bütün bu dezinformasiyaları yaymaqda məqsəd orduda ruh düşkünlüyü yaratmaq, onun mənəvi-psixoloji döyüş hazırlığına zərbə vurmaqdır".

Deputat son dövrlər Türkiyə ilə keçirilən hərbi əməliyyatların fonunda Azərbaycan Ordusu əleyhinə təbliğatların artdığını bildirib:

"Xüsusilə vurğulamaq lazımdır ki, Azərbaycanın güclü Ali Baş Komandanı var. Ölkə Prezidenti İlham Əliyevin istənilən təşəbbüsü xalq tərəfindən yüksək qiymətləndirilir və müdafiə olunur.

Bu gün Azərbaycan Qlobal Güc İndeksinə görə dünyanın 50 ən güclü ordusu sırasındadır. Azərbaycan Ordusunun çox yüksək döyüş ruhu var. Eyni zamanda bu gün Azərbaycan Ordusu ən müasir silahlarla silahlanıb. Digər tərəfdən Azərbaycan-Türkiyə hərbi müttəfiq münasibətləri ən yüksək səviyyədədir. İki qardaş dövlətin silahlı qüvvələrinin Naxçıvandan tutmuş demək olar ki, Azərbaycanın əksər ərazilərində keçirdiyi taktiki uçuş təlimləri ordumuzun gücünü birə-beş yüksəldib. Hətta bu gün sosial şəbəkələrdə Türkiyənin hərbi bazalarının Azərbaycanda yerləşdirilməsi ilə bağlı müəyyən fikirlər səsləndirilir, ictimai rəy buna köklənib. Xüsusilə də Türkiyə Silahlı Qüvvələri (TSQ) iyul döyüşlərində Azərbaycanın yanında olduğunu bir daha bəyan etdi. Türkiyənin ali hərbi-siyasi rəhbərliyi Azərbaycanın qəbul etdiyi istənilən qərarı müdafiə edəcəyini bildirdi. Yəni bu o deməkdir ki, sabah müharibə başlayacağı təqdirdə də TSQ Azərbaycanı birmənalı dəstəkləyəcək. Ona görə də hesab edirəm ki, Ermənistanın və ermənipərəst müəyyən qüvvələrin Azərbaycanda dezinformasiya yaymaqla məşğul olması guya ki, Azərbaycan Ordusunun döyüş ruhunun zəif olması və s. səsləndirilən bu kimi fikirlər yalandan,iftiradan başqa bir şey deyil.Sözün həqiqi mənasında Ermənistan təlaş içərisindədir.Xüsusilə də Azərbaycanın Türkiyə ilə birgə hərbi təlimləri onların yuxusuna haram qatıb. Bu səbəbdən də belə təxribatçı bəyanatlar və dezinformasiya yaymaqla məşğuldurlar".

Tovuzun Ağdam kəndində elektrik enerjisi təchizatı yenidən qurulur like
  • 15 Sen 17:26  
Digərləri Tovuzun Ağdam kəndində elektrik enerjisi təchizatı yenidən qurulur

"Azərişıq" ASC Tovuz rayonunun Ağdam kəndində elektrik enerjisi

arrow Ətraflı
54 yaşlı Məleykə Əsədova: “Xarici gözəllik gedəridir”  FOTO like
  • 15 Sen 17:16  
Şou-biznes 54 yaşlı Məleykə Əsədova: “Xarici gözəllik gedəridir” FOTO

Xalq artisti Məleykə Əsədova imicində dəyişiklik edib.

arrow Ətraflı
Ermənistanda azərbaycanlılara məxsus minlərlə tarixi ad dəyişdirilərək erməniləşdirilib like
  • 15 Sen 17:07  
Dünya Ermənistanda azərbaycanlılara məxsus minlərlə tarixi ad dəyişdirilərək erməniləşdirilib

Erməni millətçilərinin indiki Ermənistan ərazisində azərbaycanlılara m

arrow Ətraflı
Suriyada ABŞ helikopteri qəzaya uğrayıb like
  • 15 Sen 17:05  
Dünya Suriyada ABŞ helikopteri qəzaya uğrayıb

Suriyanın şimalındakı Əl-Həsəkə əyalətində ABŞ Hərbi Hava Qüvvəl

arrow Ətraflı
Bu il ərzində Azərbaycanda nikah və boşanmaların sayı açıqlanıb like
  • 15 Sen 17:02  
Digərləri Bu il ərzində Azərbaycanda nikah və boşanmaların sayı açıqlanıb

Bu il ərzində Azərbaycanda nikahların və boşanmaların sayı açıqlanıb.

arrow Ətraflı
Bu il 1896 әkiz, 69 üçәm doğulub like
  • 15 Sen 16:57  
Digərləri Bu il 1896 әkiz, 69 üçәm doğulub

Bu ilin yanvar-iyul ayları әrzindә Әdliyyә Nazirliyinin rayon (şәhәr) qe

arrow Ətraflı
Azərbaycan əhalisinin sayı 0,3 faiz artıb like
  • 15 Sen 16:55  
Digərləri Azərbaycan əhalisinin sayı 0,3 faiz artıb

Azərbaycan әhalisinin sayı ilin әvvәlindәn 33 514 nәfәr vә ya 0,3 faiz

arrow Ətraflı
Azərbaycanda qızıl və gümüş bahalaşıb like
  • 15 Sen 16:53  
Digərləri Azərbaycanda qızıl və gümüş bahalaşıb

Azərbaycanda qızıl və gümüş bahalaşıb.

arrow Ətraflı
Rusiya Azərbaycanla uçuşların bərpası üçün müraciət edib like
  • 15 Sen 16:51  
Digərləri Rusiya Azərbaycanla uçuşların bərpası üçün müraciət edib

Rusiya aviaşirkətləri hazırda sərhədlərin bağlı olduğu ölkələrə u

arrow Ətraflı
Azərbaycan  Türkiyə qardaşlığı qürurlu tariximizə yazılan həqiqətdir like
  • 15 Sen 16:45  
Siyasət Azərbaycan Türkiyə qardaşlığı qürurlu tariximizə yazılan həqiqətdir

Türkiyə-Azərbaycan əlaqələrinin dünyada analoqu olmayan müttəfiqlik sə

arrow Ətraflı
Qobustan rayonundakı Türk Şəhidliyi və hərbi hissədə anım mərasimləri keçirilib like
  • 15 Sen 16:43  
Siyasət Qobustan rayonundakı Türk Şəhidliyi və hərbi hissədə anım mərasimləri keçirilib

Bakının işğaldan azad edilməsinin 102-ci ildönümü ilə əlaqədar Müdaf

arrow Ətraflı
Su və qida nümunələrində koronavirus tapıldı  Yoluxma və ölüm arta bilər... like
  • 15 Sen 16:41  
Dünya Su və qida nümunələrində koronavirus tapıldı Yoluxma və ölüm arta bilər...

Rusiyanın bir sıra bölgələrində su və qida nümunələrində koronavirusu

arrow Ətraflı
Allahşükür Paşazadə Vyanadadır like
  • 15 Sen 16:36  
Digərləri Allahşükür Paşazadə Vyanadadır

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Pa

arrow Ətraflı
Bakıda satılan ən bahal avtomobillər like
  • 15 Sen 16:26  
Digərləri Bakıda satılan ən bahal avtomobillər

Pandemiyaya görə bir çox sahələrdə durğunluq yaransa da, avtomobil bazar

arrow Ətraflı