Vüqar Rəhimzadə: 15 sentyabr 1918ci il TürkiyəAzərbaycan qardaşlığının, sədaqətinin rəmzidir


Siyasət 15 Sen 2020 16:52:00 69 0

Vüqar Rəhimzadə: 15 sentyabr 1918ci il TürkiyəAzərbaycan qardaşlığının, sədaqətinin rəmzidir

15 sentyabr 1918-ci il ümummilli lider Heydər Əliyevin "Bir millət, iki dövlət" kəlamının fəlsəfəsini əks etdirir və Azərbaycan-Türkiyə birliyinin, qardaşlığının sarsılmaz, həm də əbədi olduğunu təsdiqləyir. 102 il bundan əvvəl Nuru Paşanın Qafqaz İslam Ordusunun və Azərbaycan Milli Ordusunun birgə əməliyyatı nəticəsində Bakı işğalçılardan azad edildi. Məhz həmin tarixdə erməni soyqırımına məruz qalan azərbaycanlıları qaniçən Şaumyanın başçılıq etdiyi ermənilərdən xilas edən Qafqaz İslam Ordusunun əsgərləri sözün əsl mənasında azərbaycanlı qardaşlarına kömək oldular. Osmanlı qoşunları Bakının azad olunması üçün həyata keçirdikləri hərbi əməliyyatlarda 1132 şəhid verib. Bakının erməni-bolşevik işğalından azad edilməsi XX əsr Azərbaycan tarixinin ən şərəfli səhifələrindən biridir.

Bu fikirləri Son.az-a Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, "İki sahil" qəzetinin baş redaktoru, siyasi elmlər doktoru Vüqar Rəhimzadə bildirib.

V.Rəhimzadə bildirib ki, dünyaya nümunə olan bu birlik sarsılmazdır, əbədidir, yüksək zirvədədir: "2018-ci ildə Bakı şəhərinin azad edilməsinin 100 illiyinə həsr olunan Azərbaycan və türk əsgərlərinin möhtəşəm paradı bir əsrlik tarixə malik olan Azərbaycan-Türkiyə qardaşlığına, dostluğuna bir daha işıq saldı. Dövlətimizin başçısı İlham Əliyevin, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirak etdikləri həmin paradda Türkiyə Silahlı Qüvvələrinin "Türk Ulduzları"nın uçuşlar edib səmada Azərbaycan və Türkiyənin dostluğunun, qardaşlığının və qəlb birliyinin rəmzi olan ürək şəklini çəkmələri bir daha dünyaya mesaj oldu: Azərbaycan və Türkiyə hər zaman bir-birinin yanındadır, dostluqları, qardaşlıqları əbədidir, sarsılmazdır, ulu öndər Heydər Əliyevin "bir millət iki dövlət" tezisi bütün dövrlər üçün aktualdır, illər keçdikcə daha da möhkəmlənir. Möhtərəm Prezidentimiz İlham Əliyev paradda bildirmişdir: "Bu gün minlərlə Bakı sakini şəhərin küçələrində bu paradı, türk və Azərbaycan əsgərlərinin möhtəşəm yürüşünü gözləyir. Bu gün Bakı şəhəri Türkiyə və Azərbaycan bayraqları ilə bəzədilib. Küçələrdə, binalarda, hərbi gəmilərdə, səmada Türkiyə və Azərbaycan bayraqları dalğalanır. Bu gün bu möhtəşəm mərasimi təkcə Bakı şəhərinin sakinləri deyil, bütün dünya görür. Milyonlarla insan Türkiyə və Azərbaycanda, milyonlarla soydaşımız xaricdə bunu görür və haqlı olaraq qürur hissi keçirir".

V.Rəhimzadə tarixə qısa nəzər salaraq bildirib ki, həmin dövrdə ermənilər Bakıda, həmçinin ölkənin digər bölgələrində azərbaycanlılara qarşı soyqırımlar həyata keçiriblər. Naxçıvanda, Zəngəzur, İrəvan mahallarında, Qubada, Neftçalada, Zaqatalada, Şuşada, Dağlıq Qarabağda on minlərlə günahsız insan erməni vəhşiliyinin qurbanı oldu. Azərbaycanın istiqlalı uğrunda mübarizə aparan soydaşlarımıza dəstək göstərən, bolşeviklərin və erməni millətçilərinin həmyerlilərimizə qarşı törətdikləri soyqırımların qarşısını alan, Nuru Paşanın komandanlığı altında Qafqaz İslam Ordusunun qəhrəmanlığının nümayişi olan 15 sentyabr 1918-ci il zəfər günü, türk birliyinin, qardaşlığının nümunəsi oldu.

"Şəhidlər Xiyabanında 1918-ci ildə həlak olan türk əsgərlərinin xatirəsinə əbədi hörmət rəmzi olan abidə hər bir azərbaycanlı üçün müqəddəs məkandır" söyləyən Vüqar Rəhimzadə bildirib ki, təsadüfi deyil ki, belə qardaşlıq telləri ilə bağlanan, illərin sınağından şərəflə çıxan Türkiyə-Azərbaycan dostluğu bu gün strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib: "Dövlətimizin başçısı möhtərəm İlham Əliyevin qeyd etdiyi kimi, türk dünyası birliyinin əsasını qoyan Mustafa Kamal Atatürk-Heydər Əliyev ideyalarına sadiqlik Türkiyə-Azərbaycan qardaşlığını və dostluğunu daha da möhkəmləndirir. Hər iki dövlətin qətiyyəti, siyasi iradəsi əsasında reallaşdırılan enerji layihələri nəinki iştirakçı, dünya dövlətlərinin davamlı iqtisadi inkişafına dəstəkdir. BTC və BTƏ neft-qaz kəmərlərini həyata keçirməklə regional iqtisadi inkişafın əsasını qoyan Türkiyə-Azərbaycan birliyi bu gün çoxtərəfli çərçivədə özünü nümayiş etdirir. TANAP, TAP layihələri deyilənlərin təsdiqidir. Yeganə problemimiz olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü və beynəlxalq hüquq normaları çərçivəsində həllinə səy göstərən, Azərbaycanın mövqeyini ən yüksək səviyyələrdə dəstəkləyən Türkiyə işğalçı dövlətlə sərhədlərin açılması məsələsi gündəmə gətiriləndə daim Dağlıq Qarabağ probleminin ədalətli həllini əsas şərt kimi irəli sürür. Türkiyə-Azərbaycan qardaşlığının təzahürü kimi dəyərləndirilən TANAP-ın istifadəyə verilməsi mərasimində dövlətimizin başçısı İlham Əliyevin "Türkiyənin gücü bizim gücümüzdür və bizim gücümüz birliyimizdədir. Biz uzun illərdir ki, bu birliyi nümayiş etdiririk. Bu gün dünyada bir-birinə bu qədər yaxın olan, bir-birini bu qədər dəstəkləyən ikinci ölkələr tapmaq çox çətindir. Türkiyə-Azərbaycan birliyi, qardaşlığı həm ölkələrimiz üçün, həm xalqlarımız üçün, bölgəmiz üçün, Avrasiya üçün önəmli amildir" fikirləri bir daha bu birliyin, həmrəyliyin sarsılmazlığının nümayişidir. Bu birlik regionda sülhün, təhlükəsizliyin qarantı kimi dəyərləndirilir. Bu günlərdə möhtərəm Prezidentimiz İlham Əliyevin Yunanıstanın ölkəmizdə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edərkən qardaş Türkiyəyə dəstəyini böyük qətiyyətlə ifadə etməsi dost ölkədə böyük rəğbətlə qarşılandı. Türkiyənin Azərbaycan üçün yalnız dost, tərəfdaş deyil, qardaş ölkə olduğunu xüsusi vurğulayan möhtərəm Prezidentimiz bildirdi ki, Azərbaycanın heç bir tərəddüd etmədən Türkiyəni dəstəkləyir və bütün hallarda dəstəkləyəcək. Biz eyni dəstəyi türk qardaşlarımızdan da görürük".

Baş redaktor məhz keçilən yolun zəngin uğurlarına, ən əsası bütün sınaqlardan şərəflə çıxan Türkiyə-Azərbaycan birliyinin sarsılmazlığına, əbədiliyinə söykənərək bu fikri böyük inamla ifadə edib ki, hələ qarşıdakı illərdə bu birlik əsasında daha böyük layihələr reallığa çevriləcək, bu layihələr öz növbəsində xalqlar, dövlətlər arasında körpünü daha da möhkəmləndirəcək, bir sözlə, bu birliyin işığı daha geniş coğrafiyanı əhatə edəcək.

Rusiya Azərbaycanla uçuşların bərpası üçün müraciət edib like
  • 15 Sen 16:51  
Digərləri Rusiya Azərbaycanla uçuşların bərpası üçün müraciət edib

Rusiya aviaşirkətləri hazırda sərhədlərin bağlı olduğu ölkələrə u

arrow Ətraflı
Azərbaycan  Türkiyə qardaşlığı qürurlu tariximizə yazılan həqiqətdir like
  • 15 Sen 16:45  
Siyasət Azərbaycan Türkiyə qardaşlığı qürurlu tariximizə yazılan həqiqətdir

Türkiyə-Azərbaycan əlaqələrinin dünyada analoqu olmayan müttəfiqlik sə

arrow Ətraflı
Qobustan rayonundakı Türk Şəhidliyi və hərbi hissədə anım mərasimləri keçirilib like
  • 15 Sen 16:43  
Siyasət Qobustan rayonundakı Türk Şəhidliyi və hərbi hissədə anım mərasimləri keçirilib

Bakının işğaldan azad edilməsinin 102-ci ildönümü ilə əlaqədar Müdaf

arrow Ətraflı
Su və qida nümunələrində koronavirus tapıldı  Yoluxma və ölüm arta bilər... like
  • 15 Sen 16:41  
Dünya Su və qida nümunələrində koronavirus tapıldı Yoluxma və ölüm arta bilər...

Rusiyanın bir sıra bölgələrində su və qida nümunələrində koronavirusu

arrow Ətraflı
Allahşükür Paşazadə Vyanadadır like
  • 15 Sen 16:36  
Digərləri Allahşükür Paşazadə Vyanadadır

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Pa

arrow Ətraflı
Bakıda satılan ən bahal avtomobillər like
  • 15 Sen 16:26  
Digərləri Bakıda satılan ən bahal avtomobillər

Pandemiyaya görə bir çox sahələrdə durğunluq yaransa da, avtomobil bazar

arrow Ətraflı
Pik saatlarında nəqliyyatın hərəkətində çətinlik olmayıb  BNA like
  • 15 Sen 16:25  
Digərləri Pik saatlarında nəqliyyatın hərəkətində çətinlik olmayıb BNA

İlk tədris günü şəhər yollarında xüsusən də məktəblərin ətrafınd

arrow Ətraflı
Bakının işğaldan azad edilməsi Azərbaycan və Türkiyə üçün önəmli hadisədir like
  • 15 Sen 16:23  
Siyasət Bakının işğaldan azad edilməsi Azərbaycan və Türkiyə üçün önəmli hadisədir

Bakının işğaldan azad olunmasının 102-ci ildönümü və ümumiyyətlə 15

arrow Ətraflı
Bu amil Azərbaycan və İran iqtisadiyyatını birbirinə daha da yaxınlaşdıracaq like
  • 15 Sen 16:22  
Digərləri Bu amil Azərbaycan və İran iqtisadiyyatını birbirinə daha da yaxınlaşdıracaq

Yeni layihələrin icrası ilə Azərbaycan və İran iqtisadiyyatı bir-birinə

arrow Ətraflı
Moldova KİVi Ermənistanın işğal siyasətindən yazdı like
  • 15 Sen 16:21  
Digərləri Moldova KİVi Ermənistanın işğal siyasətindən yazdı

Moldova Respublikasının nüfuzlu saytlarından olan locals.md saytı Azərbayc

arrow Ətraflı
Bu il Azərbaycan 172 ölkə ilə ticarət əməliyyatları həyata keçirib like
  • 15 Sen 16:19  
Digərləri Bu il Azərbaycan 172 ölkə ilə ticarət əməliyyatları həyata keçirib

2020-ci ilin yanvar-iyul aylarında Azərbaycan Respublikasının hüquqi və fi

arrow Ətraflı
Yaşar Nurinin nəvəsi məktəbli oldu  FOTO like
  • 15 Sen 16:08  
Digərləri Yaşar Nurinin nəvəsi məktəbli oldu FOTO

Mərhum Xalq artisti Yaşar Nurinin nəvəsi Gülnar birinci sinfə gedib.

arrow Ətraflı
Azərbaycanda bu gün koronavirusa yoluxanların sayı açıqlandı  FOTO like
  • 15 Sen 16:07  
Digərləri Azərbaycanda bu gün koronavirusa yoluxanların sayı açıqlandı FOTO

Azərbaycan Respublikasında koronavirus infeksiyasına daha 114 yoluxma faktı

arrow Ətraflı
Bu ilin 6 ayında Azərbaycana xaricdən 2.1 milyard dollar investisiya cəlb edilib like
  • 15 Sen 16:05  
Digərləri Bu ilin 6 ayında Azərbaycana xaricdən 2.1 milyard dollar investisiya cəlb edilib

Bu ilin yanvar-iyun aylarında Azərbaycana xaricdən 2.1 mlrd. dollar həcmind

arrow Ətraflı