Qobustan rayonundakı Türk Şəhidliyi və hərbi hissədə anım mərasimləri keçirilib


Siyasət 15 Sen 2020 16:43:00 68 0

Qobustan rayonundakı Türk Şəhidliyi və hərbi hissədə anım mərasimləri keçirilib

Bakının işğaldan azad edilməsinin 102-ci ildönümü ilə əlaqədar Müdafiə Nazirliyinin təşkilatçılığı ilə Qobustan rayonunun Təklə kəndindəki Türk Şəhidliyində anım mərasimi keçirilib.

Müdafiə Nazirliyindən Son.az-a verilən məlumata görə, Azərbaycan və Türkiyənin dövlət bayraqları ilə bəzədilmiş avtomobil karvanı hərbi hissədən çıxaraq həmin ünvana yollanıb.

Müdafiə Nazirliyi adından Türk Şəhidliyindəki abidə-kompleksinin önünə əklil qoyulub.

Azərbaycanın və Türkiyənin müstəqilliyi və azadlığı uğrunda şəhidlik zirvəsinə ucalan Vətən övladlarının xatirəsi ehtiramla yad edilib. Hər iki ölkənin dövlət himnləri səsləndirilib.

Əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü polkovnik Abdulla Qurbani Nuru Paşanın rəhbərliyi altında Azərbaycan və Türkiyə əsgərlərindən ibarət Qafqaz İslam Ordusunun erməni-bolşevik işğalçılarına qarşı apardığı qəhrəmanlıq mübarizəsindən, onların şücaət və igidliklərindən ətraflı söhbət açıb.

Müdafiə Nazirliyinin İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin rəisi - Şəxsi Heyət Baş İdarəsinin rəis müavini general-mayor Rasim Əliyev tarixin bütün zamanlarında Azərbaycan xalqının Türkiyəyə, Türkiyə xalqının isə Azərbaycana daim arxa və kömək olduqlarını bildirib.

Birinci Dünya müharibəsi illərində Çanaqqala zəfərinin qazanılmasında, eləcə də Qurtuluş savaşında azərbaycanlıların qardaş türk xalqına maddi-mənəvi və canlı qüvvə sarıdan göstərdiyi qardaşlıq köməyindən bəhs edən general-mayor R.Əliyev Türkiyə xalqının və dövlətinin də həmişə Azərbaycana cəsarətli dəstək nümayiş etdirdiyini bir daha vurğulayıb.

Qeyd edilib ki, bu ilin iyul ayında Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz rayonu istiqamətində Ermənistanın törətdiyi təxribatlara qarşı ilk etiraz səsini yüksəldən məhz qardaş Türkiyə olmuş və düşmənin iyrənc əməllərini qətiyyətlə pisləmişdir.

Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin Yunanıstanın ölkəmizdəki səfirini qəbul edərkən səsləndirdiyi cəsarətli fikirlərin Türkiyə ictimaiyyəti tərəfindən minnətdarlıqla qarşılandığını diqqətə çatdıran general-mayor R.Əliyev bildirib ki, bugün də Azərbaycan və Türkiyə bütün sahələrdə, o cümlədən hərbi əməkdaşlıq sahəsində daha uğurlu siyasət aparır, möhtəşəm layihələr həyata keçirilir.

Tarixi milli-mənəvi dəyərlərə, eyni dilə, eyni dinə malik olan hər iki ölkənin dostluğu və qardaşlığı sarsılmazdır, əbədidir.

Türkiyə Silahlı Qüvvələrinin zabiti Alper Karacaoğlu Azərbaycan uğrunda döyüşlərdə şəhid olan türk əsgərlərinə göstərilən hörmət və ehtirama, onların adlarının əbədiləşdirilməsində və türk şəhidliklərinin əsl ziyarətgaha çevrilməsində xidməti olanlara - Azərbaycan Prezidentinə, həmçinin Müdafiə Nazirliyinin rəhbərliyinə dərin minnətdarlığını bildirib.

Təklə kəndinin sakini Gülbala Bayramov hələ sovet dövründə Acıdərədəki türk zabitinin məzarının qadağalara baxmayaraq yerli sakinlər tərəfindən qorunduğunu, daim ziyarət olunduğunu qeyd edib. Sonra iştirakçılar türk zabitinin məzarını ziyarət edib, qırmızı qərənfillər düzüb və xatirə şəkli çəkdiriblər. Mərasimindən sonra hərbi hissədə Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin yaradıcı heyətinin iştirakı ilə "Azərbaycan-Türkiyə qardaşlığı əbədidir, sarsılmazdır" devizi altında ədəbi-musiqili tədbir keçirilib.

Su və qida nümunələrində koronavirus tapıldı  Yoluxma və ölüm arta bilər... like
  • 15 Sen 16:41  
Dünya Su və qida nümunələrində koronavirus tapıldı Yoluxma və ölüm arta bilər...

Rusiyanın bir sıra bölgələrində su və qida nümunələrində koronavirusu

arrow Ətraflı
Allahşükür Paşazadə Vyanadadır like
  • 15 Sen 16:36  
Digərləri Allahşükür Paşazadə Vyanadadır

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Pa

arrow Ətraflı
Bakıda satılan ən bahal avtomobillər like
  • 15 Sen 16:26  
Digərləri Bakıda satılan ən bahal avtomobillər

Pandemiyaya görə bir çox sahələrdə durğunluq yaransa da, avtomobil bazar

arrow Ətraflı
Pik saatlarında nəqliyyatın hərəkətində çətinlik olmayıb  BNA like
  • 15 Sen 16:25  
Digərləri Pik saatlarında nəqliyyatın hərəkətində çətinlik olmayıb BNA

İlk tədris günü şəhər yollarında xüsusən də məktəblərin ətrafınd

arrow Ətraflı
Bakının işğaldan azad edilməsi Azərbaycan və Türkiyə üçün önəmli hadisədir like
  • 15 Sen 16:23  
Siyasət Bakının işğaldan azad edilməsi Azərbaycan və Türkiyə üçün önəmli hadisədir

Bakının işğaldan azad olunmasının 102-ci ildönümü və ümumiyyətlə 15

arrow Ətraflı
Bu amil Azərbaycan və İran iqtisadiyyatını birbirinə daha da yaxınlaşdıracaq like
  • 15 Sen 16:22  
Digərləri Bu amil Azərbaycan və İran iqtisadiyyatını birbirinə daha da yaxınlaşdıracaq

Yeni layihələrin icrası ilə Azərbaycan və İran iqtisadiyyatı bir-birinə

arrow Ətraflı
Moldova KİVi Ermənistanın işğal siyasətindən yazdı like
  • 15 Sen 16:21  
Digərləri Moldova KİVi Ermənistanın işğal siyasətindən yazdı

Moldova Respublikasının nüfuzlu saytlarından olan locals.md saytı Azərbayc

arrow Ətraflı
Bu il Azərbaycan 172 ölkə ilə ticarət əməliyyatları həyata keçirib like
  • 15 Sen 16:19  
Digərləri Bu il Azərbaycan 172 ölkə ilə ticarət əməliyyatları həyata keçirib

2020-ci ilin yanvar-iyul aylarında Azərbaycan Respublikasının hüquqi və fi

arrow Ətraflı
Yaşar Nurinin nəvəsi məktəbli oldu  FOTO like
  • 15 Sen 16:08  
Digərləri Yaşar Nurinin nəvəsi məktəbli oldu FOTO

Mərhum Xalq artisti Yaşar Nurinin nəvəsi Gülnar birinci sinfə gedib.

arrow Ətraflı
Azərbaycanda bu gün koronavirusa yoluxanların sayı açıqlandı  FOTO like
  • 15 Sen 16:07  
Digərləri Azərbaycanda bu gün koronavirusa yoluxanların sayı açıqlandı FOTO

Azərbaycan Respublikasında koronavirus infeksiyasına daha 114 yoluxma faktı

arrow Ətraflı
Bu ilin 6 ayında Azərbaycana xaricdən 2.1 milyard dollar investisiya cəlb edilib like
  • 15 Sen 16:05  
Digərləri Bu ilin 6 ayında Azərbaycana xaricdən 2.1 milyard dollar investisiya cəlb edilib

Bu ilin yanvar-iyun aylarında Azərbaycana xaricdən 2.1 mlrd. dollar həcmind

arrow Ətraflı
Bakıda satışa çıxarılan milyonluq villalar like
  • 15 Sen 16:03  
Digərləri Bakıda satışa çıxarılan milyonluq villalar

Bakıda fantastik qiymətə villalar satılır.

arrow Ətraflı
6 ayda “961 Çağrı Mərkəzi”ndə 442 müraciət qeydə alınıb like
  • 15 Sen 15:52  
Digərləri 6 ayda “961 Çağrı Mərkəzi”ndə 442 müraciət qeydə alınıb

Baş Prokurorluqda yaradılmış "961 Çağrı Mərkəzi"nə 2020-ci i

arrow Ətraflı
Sentyabr ayı üzrə bütün pensiyaların ödənişi başa çatdırılıb like
  • 15 Sen 15:50  
Digərləri Sentyabr ayı üzrə bütün pensiyaların ödənişi başa çatdırılıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosia

arrow Ətraflı