Bu ilin 6 ayında Azərbaycana xaricdən 2.1 milyard dollar investisiya cəlb edilib
Digərləri 15 Sen 2020 16:05:00 124 0
Bu ilin yanvar-iyun aylarında Azərbaycana xaricdən 2.1 mlrd. dollar həcmində birbaşa investisiya cəlb olunub.
Mərkəzi Bankdan Son.az-a verilən məlumatda bildirilir ki, bu rəqəm ötən ilin eyni dövrü ilə müqayisədə 23,5 faiz çoxdur:
"Ölkə iqtisadiyyatına yatırılan birbaşa investisiyaların strukturunda neft-qaz sektorunun xüsusi çəkisi 84,4 faiz təşkil edib. Qeyri-neft sektoruna cəlb olunan birbaşa investisiyaların ümumi məbləği isə 328, 6 milyon dollar olub.
Mənbə: milli.az