Azərbaycanda bu gün koronavirusa yoluxanların sayı açıqlandı FOTO


Digərləri 15 Sen 2020 16:07:00 130 0

Azərbaycanda bu gün koronavirusa yoluxanların sayı açıqlandı  FOTO

Azərbaycan Respublikasında koronavirus infeksiyasına daha 114 yoluxma faktı qeydə alınıb, 138 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Son.az- verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 38 517 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 35 998 nəfər müalicə olunaraq sağalıb, 564 nəfər vəfat edib. Aktiv xəstə sayı 1953 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6 921, bu günə qədər isə ümumilikdə 1 200 029 test icra olunub.