Sentyabr ayı üzrə bütün pensiyaların ödənişi başa çatdırılıb


Digərləri 15 Sen 2020 15:50:00 184 0

Sentyabr ayı üzrə bütün pensiyaların ödənişi başa çatdırılıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu (DSMF) tərəfindən bu gün sentyabr ayı üzrə  bütün pensiyaların ödənişi başa çatdırılıb. 

Son.az bildirir ki, bunu APA-ya açıqlamasında Dövlət Sosial Müdafiə Fondunun İctimaiyyətlə əlaqələr departamentinin müdiri Rəşad Mehdili bildirib. Onun sözlərinə görə, dövlət qulluqçuları, hərbi və xüsusi rütbəli şəxslərə də sentyabr ayının pensiyaları ödənilib. Vətəndaşlar pensiyalarını "Beynəlxalq Bank"dan və "Kapital Bank"dan verilmiş bank kartları vasitəsilə həmin bankın bankomatlarından əldə edə bilərlər. 

Qeyd edək ki, Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu üzrə pensiyalar sentyabrın 10-da ödənilib.