Peşə təhsilini seçən qadınların sayı artıb


Digərləri 15 Sen 2020 15:41:00 153 0

Peşə təhsilini seçən qadınların sayı artıb

Peşə təhsil pilləsinə elektron qəbulun II mərhələsi üzrə müraciət edənlər arasında qadınların payı 30%-i ötüb.

Peşə Təhsili üzrə Dövlət Agentliyindən Son.az-a verilən məlumata görə, bu pozitiv tendensiya son illərdə aydın müşahidə olunmaqdadır. Belə ki, 2018-2019-cu tədris ili üzrə peşə təhsilini seçənlər arasında qadınların payı 24%, 2019-2020-ci tədris ili üzrə isə 25% təşkil etdiyi təqdirdə, hazırda müraciət edənlərin sayı 30%-ə yüksəlib.

Artan dinamika ilə inkişaf edən müraciət sayı qadınlar arasında ildən-ilə peşə təhsilinə olan marağın və ümumilikdə peşə təhsilinin nüfuzunun artmasının bariz göstəricisidir.

Peşə təhsil müəssisələrinə boş qalan yerlər üzrə elektron tələbə qəbulunun II mərhələsi daha öncə olduğu kimi https://qebul.vet.edu.az/ platforması üzərindən elektron qaydada, ödənişsiz formada 2 mərhələdən ibarət şəkildə aparılır. Boş qalan yerlərə elektron müraciət 14 sentyabr saat 18:00-dək davam edib.

Tələbə qəbulu prosesində hər şəxsə maksimum 5 ixtisas üzrə seçim etmək imkanı yaradılır.