Xalq artisti Murad Hüseynov UNESCOnun dəstəyi ilə mötəbər festivalın qonağı olacaq
Kriminal 15 Sen 2020 15:25:00 208 0
Xalq artisti, Beynəlxalq Muğam Mərkəzinin direktoru, tanınmış pianoçu Murad Hüseynov 16-18 oktyabr tarixlərində Gürcüstanin Batumi şəhərində UNESCO-nun dəstəyi ilə keçiriləcək festivalda dünyanın tanınmış musiqiçiləri ilə birgə səhnəni bölüşəcək.
Son.az bildirir ki, xalq artistinin çıxış edəcəyi festival gününün konsertini Baku Media Center lentə alacaq. Festivalın partnyorları sırasında həmçinin Bakı Media Mərkəz və Azərbaycanın İctimai Televiziyası da yer alır. Pianoçu festivalın formatına uyğun olaraq klassik əsərlərdən ibarət rəngarəng proqramla çıxış edəcək. Festivalın tərəfdaşları sırasında Gürcüstanın Pos TV telekanalı, İtaliyanın Gürcüstandakı səfirliyi, Michel Sogny "SOS Talents" fondu , Gürcüstan Fransa İnstitutu və digər beynəlxalq təşkilatlar yer alır.
Mənbə: milli.az