Gürcüstanda 170 yeni yoluxma


Dünya 15 Sen 2020 14:41:00 157 0

Gürcüstanda 170 yeni yoluxma

Gürcüstanda son sutka ərzində daha 170 nəfərdə koronavirus aşkarlanıb.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, bununla da ölkədə koronavirusa yoluxanların sayı 2 562-yə yüksəlib, bu virusdan ölənlərin sayı isə 19-dur.

Bundan əlavə, indiyədək 1 369 nəfər sağalıb. Hazırda 6 663 nəfər karantində, 836 nəfər isə stasionarlarda həkimlərin nəzarəti altındadır.

Digər ölkələrdən müalicə üçün gətirilən Gürcüstan vətəndaşlarının sayı isə 41 nəfər təşkil edir.