Nofəl Süleymanovun oğlu haqqında dediyi son sözlər VİDEO


Şou-biznes 15 Sen 2020 15:08:00 193 0

Nofəl Süleymanovun oğlu haqqında dediyi son sözlər  VİDEO

Bu gün mərhum gitara ifaçısı Nofəl Süleymanovun ölümündən yeddi gün keçir.

Son.az ölkə.az-a istinadən bildirir ki, bu barədə aşıq Namiq Fərhadoğlu Lider televiziyasında yayımlanan  "Xoş ovqat" verilişində deyib.

Mərhum ifaçıya həsr olunmuş proqramda onun haqqında maraqlı süjet yayımlanıb.

Videoçarxda mərhum sənətçi böyük övladı Şövqi ilə hər zaman fəxr etdiyini bildirərək, bu sözləri qeyd edib:

"Gürcüstanda yarışda oğlum erməni idmançıya qalib gəldi. Var olsun, Azərbaycan övladları. Allahdan arzum budur ki, xalqımız bir-biri ilə hər zaman mehriban olsun. Dövlətim var olsun, uca olsun. İnanın ki, oğlumdur deyə demirəm, ancaq o, Azərbaycan bayrağını dalğalandıranda mən özümü saxlaya bilmədim, ağladım".