Kolleclərə qəbulun nəticələri açıqlandı


Digərləri 15 Sen 2020 14:22:00 150 0

Kolleclərə qəbulun nəticələri açıqlandı

Ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün keçirilən müsabiqənin nəticələri elan olunub.

Dövlət İmtahan Mərkəzindən Son.az-a verilən məlumata görə, ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün keçirilmiş müsabiqənin nəticələrini sentyabrın 15-də saat 13:45-dən etibarən internet səhifəsində yerləşdirib.

Orta ixtisas təhsili müəssisələrinə qəbul olunanlar 2020-ci il sentyabrın 16-dan 25-dək tələb olunan sənədləri təqdim etməklə qəbul olduqları təhsil müəssisəsində qeydiyyatdan keçməlidirlər

Abituriyentlər imtahanın nəticələri haqqında məlumatı, həmçinin mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə "iş nömrəsi"ni 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.

Müsabiqənin nəticələri haqqında statistik məlumatlar aşağıdakı cədvəldə təqdim olunur:

Ümumi orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olan abituriyentlərin sayı haqqında ümumi məlumat

Təhsil forması

Qəbul planı

Qəbul olunub

Qəbulolma faizi

Azərbaycan bölməsi

Rus bölməsi

Bölmələr üzrə cəmi

Dövlət ödənişsiz

4215

4036

120

4156

98.58

Dövlət ödənişli

5075

4634

66

4700

92.59

Özəl

595

442

12

454

76.30

Cəmi

9885

9112

198