Prezident İlham Əliyev Ərdoğana zəng edib


Siyasət 15 Sen 2020 13:42:00 46 0

Prezident İlham Əliyev Ərdoğana zəng edib

Sentyabrın 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana telefonla zəng edərək, 15 sentyabr Bakının işğaldan azad olunmasının 102-ci ildönümü münasibətilə təbriklərini çatdırıb. Nuru Paşanın rəhbərliyi ilə Qafqaz İslam Ordusunun Azərbaycan Milli Ordusu və könüllülərlə birlikdə Bakını erməni və bolşevik işğalından azad etdiyini qeyd edən dövlətimizin başçısı bu yolda canlarını qurban verən şəhidlərin dərin hörmət və ehtiramla yad edildiyini, onların əziz xatirəsinin daim xalqımızın qəlbində yaşayacağını bildirib.

Son.az xəbər verir ki, Prezidentin Mətbuat Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Prezident İlham Əliyev bu əlamətdar hadisə ilə əlaqədar Prezident Rəcəb Tayyib Ərdoğana təbrik məktubu ünvanladığını diqqətə çatdırıb. Dövlətimizin başçısı qeyd edib ki, əcdadlarımızın əziz xatirəsinə göstərilən sadiqliyin nümunəsi olaraq, 15 sentyabr tarixi bir bayram kimi bu gün də qeyd olunur. Bununla əlaqədar Bakıda və Azərbaycanın müxtəlif bölgələrində tədbirlər keçirilir.

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan telefon zənginə görə təşəkkür edərək, Prezident İlham Əliyevə öz təbriklərini çatdırıb və bu münasibətlə dövlətimizin başçısına məktub ünvanladığını bildirib. Türkiyə Respublikasının Prezidenti Bakının işğaldan azad olunmasında Nuru Paşanın rəhbərliyi ilə Qafqaz İslam Ordusunun və Azərbaycan Milli Ordusunun rolunu qeyd edib.

Dövlət başçıları ölkələrimizin hər zaman bir-birinin yanında olduğunu və bütün məsələlərdə bir-birini dəstəklədiklərini vurğulayıblar.

Telefon danışığı zamanı Bakının azad edilməsinin 100 illiyi münasibətilə iki il əvvəl keçirilmiş hərbi parad da xatırladılıb. Azərbaycan və Türkiyə əsgərlərinin iştirak etdiyi hərbi paradın hər iki ölkənin prezidentləri tərəfindən birgə izlənməsi xoş təəssüratlarla qeyd edilib. Bu gün ölkələrimiz arasında əlaqələrin daha da yüksək səviyyəyə qalxmasından məmnunluq ifadə olunub.

Söhbət zamanı Azərbaycanla Türkiyə arasında əməkdaşlığın müxtəlif sahələrdə inkişaf perspektivləri müzakirə edilib.

Ərdəbildə koronavirusa yoluxanların sayı artıb like
  • 15 Sen 13:40  
Dünya Ərdəbildə koronavirusa yoluxanların sayı artıb

Ərdəbil əyalətində koronavirusa yoluxanların sayında artım var.

arrow Ətraflı
Oğlan ona xəyanət edən nişanlısını Bakı bulvarında belə cəzalandırdı...  VİDEO (+18) like
  • 15 Sen 13:36  
Digərləri Oğlan ona xəyanət edən nişanlısını Bakı bulvarında belə cəzalandırdı... VİDEO (+18)

Bakıda xəyanət edən qızı nişanlısı dəniz kənarında videoya çəkib.

arrow Ətraflı
Ermənistanda 150 yeni yoluxma like
  • 15 Sen 13:35  
Dünya Ermənistanda 150 yeni yoluxma

Ermənistanda son sutka ərzində 150 nəfər yeni növ koronavirus (COVID-19) i

arrow Ətraflı
Deputat: "Pandemiya dövründə Azərbaycanda infrastruktur layihələri davam etdirildi"  VİDEO like
  • 15 Sen 13:33  
Digərləri Deputat: "Pandemiya dövründə Azərbaycanda infrastruktur layihələri davam etdirildi" VİDEO

Pandemiya dövründə Azərbaycanda infrastrukturun inkişafı ilə bağlı proq

arrow Ətraflı
DİN Balakəndə polislə sakinlər arasında baş verən insidentlə bağlı məlumat yaydı like
  • 15 Sen 13:31  
Kriminal DİN Balakəndə polislə sakinlər arasında baş verən insidentlə bağlı məlumat yaydı

Daxili İşlər Nazirliyi (DİN) Balakəndə baş verən hadisə ilə bağlı m

arrow Ətraflı
Hindistanda koronavirusdan ölənlərin sayı 80 mini keçib like
  • 15 Sen 13:29  
Dünya Hindistanda koronavirusdan ölənlərin sayı 80 mini keçib

Hindistanda yeni növ koronavirusdan (COVID-19) ölənlərin sayı 80 mini keçi

arrow Ətraflı
Dönər biznesi ilə məşğul olan qida obyektləri sağlamlaşdırılır like
  • 15 Sen 13:24  
Digərləri Dönər biznesi ilə məşğul olan qida obyektləri sağlamlaşdırılır

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) dönər bi

arrow Ətraflı
Bakıda şimşək çaxacaq, like
  • 15 Sen 13:22  
Digərləri Bakıda şimşək çaxacaq,

Sentyabrın 16-da gözlənilən hava şəraiti açıqlanıb.

arrow Ətraflı
Bakıda Türkiyəyə dəstək aksiyası keçirilib like
  • 15 Sen 13:13  
Siyasət Bakıda Türkiyəyə dəstək aksiyası keçirilib

Bu gün Nuru Paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusu və Azərbaycan K

arrow Ətraflı
Dönərxanalarla bağlı yeni layihənin icrasına başlanılır like
  • 15 Sen 13:02  
Digərləri Dönərxanalarla bağlı yeni layihənin icrasına başlanılır

Dönərxanalar kiçik obyektlər olduğundan onların bir çox hallarda standart

arrow Ətraflı
Gökhan Özen 3 ay övladlarını görə bilməyəcək like
  • 15 Sen 12:56  
Digərləri Gökhan Özen 3 ay övladlarını görə bilməyəcək

Selen Sevigen keçmiş həyat yoldaşı Gökhan Özen haqqında məhkəməyə m

arrow Ətraflı
Qanunsuz ov edənlər 5000 manat cərimə ödəyəcəklər like
  • 15 Sen 12:51  
Digərləri Qanunsuz ov edənlər 5000 manat cərimə ödəyəcəklər

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Təhlükəsizlik

arrow Ətraflı
Polis zorakılıq edərsə... like
  • 15 Sen 12:49  
Dünya Polis zorakılıq edərsə...

Onlar ölsələr, qatili mütləq şəkildə edam cəzası gözləyir. Bu rəzal

arrow Ətraflı