Ərdəbildə koronavirusa yoluxanların sayı artıb


Dünya 15 Sen 2020 13:40:00 176 0

Ərdəbildə koronavirusa yoluxanların sayı artıb

Ərdəbil əyalətində koronavirusa yoluxanların sayında artım var.

Son.az APA-ya istinadən bildirir ki, bu barədə Ərdəbil Tibb Elmləri Universiteti məlumat yayıb.

Son 24 saatda vilayətin tibb mərkəzlərinə 42 xəstə yerləşdirilib, bunlardan da 31-i Ərdəbilin, 4-ü Parsabadın, 7-i Meşginşəhr rayonlarının payına düşüb. 46 xəstə nisbi sağalma ilə evə buraxılıb.

Hazırda vilayətin tibb mərkəzlərində 216 xəstə müalicə alır, onlardan 58 nəfəri reanimasiyadadır. Son sutkada 4 nəfər həyatını itirib.