"Vasitəçilərin sükunəti Azərbaycanın öz ərazi bütövlüyünü təmin etməkdə seçim imkanlarını məhdudlaşdırır"


Siyasət 15 Sen 2020 13:26:58 61 0

"Vasitəçilərin sükunəti Azərbaycanın öz ərazi bütövlüyünü təmin etməkdə seçim imkanlarını məhdudlaşdırır"

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin yeni fazaya keçdiyi müşahidə edilməkdədir. Erməni təxribatlarının davamlı şəkildə genişləndirilməsi əvvəlki dövrlərdə qorunub saxlanan nisbi sabitliyi getdikcə daha artıq dərəcədə əvəz etməyə başlayıb. İki ay bundan əvvəl Azərbaycanın Tovuz rayonu istiqamətində erməni hərbi təxribatları nəticəsində baş verən döyüşlər, onun ardınca Ermənistanın silahlandırılması ilə əlaqədar üzə çıxan faktlar, Goranboy istiqamətində erməni diversiantının saxlanılması münaqişə zonasında və münaqişə ilə əlaqədar erməni təxribatlarının kiçik siyahısıdır. Ermənistanın baş nazirinin tez-tez işğal zonalarına səfər etməsi, nizamasalma prosesinə daban-dabana zidd olan bəyanatlar səsləndirilməsi növbəti erməni təxribatlarının ayrılmaz tərkib hissəsinə çevrilib. Paşinyan hakimiyyətinin ilk aylarında xanım Paşinyanın "sülh çağırışlarının" son vaxtlar Kalaşnikov avtomatı ilə birlikdə çəkdirdiyi fotolarla əvəz olunması erməni təxribatının nə qədər eybəcər xarakter aldığından xəbər verir.

Son.az Trend-ə istinadən bildirir ki, bu fikirlər Baş nazirin müavini, YAP-ın Sədr müavini-İcra katibi Əli Əhmədov son vaxtlar coğrafiyasını daha da genişləndirmiş və azğınlaşmış erməni təxribatları ilə bağlı özünün rəsmi facebook səhifəsində yayımladığı "Erməni təxribatları və Minsk Qrupunun susqunluğu" sərlövhəli məqaləsində yer almışdır.

Ə.Əhmədov fikirlərini davam etdirərək qeyd etmişdir ki, erməni təxribatları təkcə Ermənistanın militarist səciyyə daşıyan ritorikasının və davranış tərzinin genişlənməsində müşahidə olunmur: "Son vaxtlar Livandan erməni əsilli əhalinin Azərbaycanın işğal altındakı ərazilərinə köçürülməsi faktları münaqişənin nizamasalınması prosesinə sarsıdıcı zərbə vuran misli görünməyən təxribatdan savayı bir şey deyildir. Bütün dünyanın gözü qarşısında beynəlxalq hüququn kobud surətdə tapdalanması-yəni, işğal olunmuş ərazilərin məskunlaşdırılması prosesi baş verməkdədir. Ermənilər vaxtilə Cənubi Qafqazın demoqrafik vəziyyətini dəyişdirmiş köçürmə siyasətini XXI əsrdə təkrar etmək kimi təhlükəli perspektivlər vəd edən avantüra ilə məşğul olmaq niyyətinə düşüblər. Yaxın Şərqin son 50-60 illik tarixi bu oyunun acı nəticələrini təsəvvür etmək baxımından ibrətamiz nümunədir. Erməni siyasətçilərinin Cənubi Qafqazı fasiləsiz münaqişələr və müharibələr ocağına çevirmək cəhdləri diqqətdən yayınmamalı, bütün beynəlxalq təşkilatların və dünya birliyinin qəzəbinə tuş gəlməlidir.

Gündən - günə genişlənən və azğınlaşan erməni təxribatları fonunda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini nizama salmaq misiyasını öz üzərinə götürmüş ATƏT-in Minsk Qrupunun susqunluğu, bitərəf müşahidəçiyə çevrilməsi, yumşaq şəkildə desək, təəccüblü görünməyə bilməz. Onsuz da Minsk Qrupu münaqişənin bu qədər uzanmasının, düzgün və ədalətli nizamasalma formulunu tapa bilməməsinin məsulliyyətindən yaxasını kənara çəkə bilməz. İndi isə onun gözləri qarşısında erməni tərəfi yeni, daha acı nəticələrə gətirib çıxara biləcək növbəti cinayəti törətməkdə davam etməkdədir.

Azərbaycan münaqişənin dinc yollarla, lakin ədalətli şəkildə, işğal olunmuş bütün torpaqların azad olunması şərti ilə nizama salınmasının tərəfdarıdır. Bəzi istisnalar olmaqla, 1994-cü ildən bu günə qədər davam edən atəşkəs rejimi bunun birbaşa təzahürüdür. Lakin münaqişənin indiyədək nizama salınmaması, getdikcə artmaqda və azğınlaşmaqda olan erməni təxribatları, habelə vasitəçilərin sükunəti Azərbaycanın öz ərazi bütövlüyünü təmin etməkdə seçim imkanlarını məhdudlaşdırır. Azərbaycan işğal olunmuş torpaqlarını qaytarmalıdır və qaytaracaq. Əgər vasitəçilər və diplomatlar bu işdə öz təsirli sözünü deyə bilməsələr, qəhrəman Azərbaycan Ordusu öz şərəfli vəzifəsini yerinə yetirməli olacaq. 2016-cı ilin aprel və 2020-ci ilin iyul döyüşləri Ordumuzun nəyə qadir olduğunu nümayiş etdirib. Hərbçilərimizin həmləsi ilə ədalətin zəfər çalacağı heç kimdə zərrə qədər şübhə dogurmur".

Dönər biznesi ilə məşğul olan qida obyektləri sağlamlaşdırılır like
  • 15 Sen 13:24  
Digərləri Dönər biznesi ilə məşğul olan qida obyektləri sağlamlaşdırılır

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) dönər bi

arrow Ətraflı
Bakıda şimşək çaxacaq, like
  • 15 Sen 13:22  
Digərləri Bakıda şimşək çaxacaq,

Sentyabrın 16-da gözlənilən hava şəraiti açıqlanıb.

arrow Ətraflı
Bakıda Türkiyəyə dəstək aksiyası keçirilib like
  • 15 Sen 13:13  
Siyasət Bakıda Türkiyəyə dəstək aksiyası keçirilib

Bu gün Nuru Paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusu və Azərbaycan K

arrow Ətraflı
Dönərxanalarla bağlı yeni layihənin icrasına başlanılır like
  • 15 Sen 13:02  
Digərləri Dönərxanalarla bağlı yeni layihənin icrasına başlanılır

Dönərxanalar kiçik obyektlər olduğundan onların bir çox hallarda standart

arrow Ətraflı
Gökhan Özen 3 ay övladlarını görə bilməyəcək like
  • 15 Sen 12:56  
Digərləri Gökhan Özen 3 ay övladlarını görə bilməyəcək

Selen Sevigen keçmiş həyat yoldaşı Gökhan Özen haqqında məhkəməyə m

arrow Ətraflı
Qanunsuz ov edənlər 5000 manat cərimə ödəyəcəklər like
  • 15 Sen 12:51  
Digərləri Qanunsuz ov edənlər 5000 manat cərimə ödəyəcəklər

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Təhlükəsizlik

arrow Ətraflı
Polis zorakılıq edərsə... like
  • 15 Sen 12:49  
Dünya Polis zorakılıq edərsə...

Onlar ölsələr, qatili mütləq şəkildə edam cəzası gözləyir. Bu rəzal

arrow Ətraflı
Oğlunu itirən Xalq artistinin yeni görüntüsü  VİDEO like
  • 15 Sen 12:44  
Şou-biznes Oğlunu itirən Xalq artistinin yeni görüntüsü VİDEO

Xalq artisti Canəli Əkbərovun yeni görüntüsü yayılıb.

arrow Ətraflı
Azərbaycanda FETÖ izi like
  • 15 Sen 12:39  
Siyasət Azərbaycanda FETÖ izi

"Türkiyə" qəzetində "Azerbaycan'da FETÖ izi" adlı

arrow Ətraflı
"Azərbaycan Dəmir Yolları" ASCnin işçisi vaqonun altında qalıb öldü like
  • 15 Sen 12:34  
Digərləri "Azərbaycan Dəmir Yolları" ASCnin işçisi vaqonun altında qalıb öldü

Sentyabrın 14-də "ADY" Qapalı Səhmdar Cəmiyyətinin 5 saylı İxt

arrow Ətraflı
Çavuşoğludan Bakının işğaldan azad olunması ilə bağlı paylaşım like
  • 15 Sen 12:32  
Siyasət Çavuşoğludan Bakının işğaldan azad olunması ilə bağlı paylaşım

Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu öz Tvitter hesabında

arrow Ətraflı
Azərbaycan və Türkiyə təyyarələri Gəncə üzərində birgə uçuşlar keçirəcək like
  • 15 Sen 12:31  
Digərləri Azərbaycan və Türkiyə təyyarələri Gəncə üzərində birgə uçuşlar keçirəcək

Bakı şəhərinin azad olunmasının 102-ci ildönümü ilə əlaqədar sentyab

arrow Ətraflı
Azərbaycan XİN Mnatsakanyana cavab verdi like
  • 15 Sen 12:29  
Siyasət Azərbaycan XİN Mnatsakanyana cavab verdi

Ermənistan Xarici İşlər naziri Z.Mnatsakanyanın Misir Ərəb Respublikasın

arrow Ətraflı