Oğlunu itirən Xalq artistinin yeni görüntüsü VİDEO


Şou-biznes 15 Sen 2020 12:44:00 174 0

Oğlunu itirən Xalq artistinin yeni görüntüsü  VİDEO

Xalq artisti Canəli Əkbərovun yeni görüntüsü yayılıb.

Son.az axşam.az-a istinadən bildirir ki, videonu Əməkdar artist Babək Niftəliyev sosial şəbəkə hesabında yayımlayıb.

Müəllimini ziyarətə gedən xanəndə "Xalq artisti, ustadım Canəli Əkbərovu ziyarət etdim. Müəllimlik ən böyük zirvədir. Tələbə, şagird hər zaman ona əziyyət çəkən müəllimlərini unutmamalıdır. Allah şəfa versin korifey sənətkarımıza" sözlərini yazıb.

Qeyd edək ki, C.Əkbərov iyulda oğlunu itirib. Onun övladı xərçəngdən əziyyət çəkirdi. Bir neçə ay əvvəl isə onun qardaşı Rusiyada vəfat etmişdi. Ayağında problem olan xanəndə uzun müddət xəstəxanada yatmışdı.