Dönərxanalarla bağlı yeni layihənin icrasına başlanılır


Digərləri 15 Sen 2020 13:02:00 155 0

Dönərxanalarla bağlı yeni layihənin icrasına başlanılır

Dönərxanalar kiçik obyektlər olduğundan onların bir çox hallarda standartlara uyğunlaşdırma baxımından dəstəyə ehtiyacları olur.

Son.az Trend-ə istinadən bildirir ki, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Qeydiyyat və sahibkarlarla əməkdaşlıq şöbəsinin müdiri Orxan Mikayıl dönər biznesi ilə məşğul olan qida obyektlərinin sağlamlaşdırılması məqsədilə icrasına başlanılan yeni layihəyə həsr edilmiş konfransda deyib.

Onun sözlərinə görə, AQTA ölkə rəhbərliyi tərəfindən təsis edildikdən qida təhlükəsizliyi üzrə standartların tətbiqi üzrə araşdırmalar aparır: "Təhlillər nəticəsində məlum oldu ki, dönərxanalar kiçik obyektlər olduğundan bir çox hallarda standartalara uyğunlaşdırma baxımından dəstəyə ehtiyacı olur. Nümunəvi dönər bizneslərinin yaradılması layihəsi çərçivəsində seçilmiş dönər bzinesi obyektlərində sahibkarların əhaliyə təhlükəsiz dönər təqdim etməsi üçün dəstəyin göstərilməsi planlaşdırır. Bu dəstəyə avadanlqılar, xidmətlər, yenidənqurma işləri daxildir".