Qanunsuz ov edənlər 5000 manat cərimə ödəyəcəklər


Digərləri 15 Sen 2020 12:51:00 130 0

Qanunsuz ov edənlər 5000 manat cərimə ödəyəcəklər

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən 12-13 sentyabr 2020-ci il tarixlərində keçirilən növbəti nəzarət tədbirləri zamanı Quba, Bərdə və Samux rayonları ərazisində qanunsuz ov edən şəxslər saxlanılıb.

Son.az bildirir ki, bunu Trend-ə açıqlamasında Xidmətin rəis müavini Bəhruz Məhəmmədov bildirib.

O qeyd edib ki, araşdırma zamanı brakonyerlərin Bakı şəhər sakinləri Mahir Həsənov, Zaur İmanov, Bərdə rayon sakinləri Vüqar Muradov, Məmməd Vəliyev, Mustafa Usubov olduğu məlum olub və onlardan ov tüfəngləri götürülüb.

"Faktla bağlı qanun pozucuları barəsində protokol tərtib edilib və hər biri 1000 manat məbləğində cərimə olunub".