"Kimsə əvəzimizə Dağlıq Qarabağa qeyriqanuni köçün qarşısını ala bilməyəcək"


Siyasət 15 Sen 2020 11:28:00 43 0

"Kimsə əvəzimizə Dağlıq Qarabağa qeyriqanuni köçün qarşısını ala bilməyəcək"

"Beynəlxalq təşkilatlar, böyük dövlətlər bu prosesə səssiz qalırlar"

Bu xəbəri də oxu: Cəbhədə son vəziyyət

Təəssüf ki, bu proses hələ də davam edir.

Bunu Son.az-a açıqlamasında "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu Livandan Qarabağa və ətraf rayonlara erməni ailələrinin, terrorçuların qeyri-qanuni şəkildə köçürülməsini həmsədrlərin sakit izləməsi prosesini şərh edərkən deyib.

Politoloq bildirib ki, ermənilərin Azərbaycan torpaqlarına köçürülməsi vəziyyəti daha da gərginləşdirir:

"Bu, bu gün və ya dünən başlamayan bir prosesdir. Suriyadan, İraqdan da erməniləri işğal etdikləri Azərbaycan torpaqlarına köçürürdülər. İndi də ora Livandan erməniləri köçürürlər və çox təəssüf ki, beynəlxalq təşkilatlar, böyük dövlətlər bu prosesə səssiz qalırlar. Halbuki Livandan ermənilərin, o cümlədən terrorçuların köçürülməsi vəziyyəti daha da gərginləşdirir. Çünki onları birbaşa işğal atındakı torpaqlarda - Şuşada, Laçında, Kəlbəcərdə yerləşdirirlər.

Halbuki, həmsədrlərin planlarına görə, bu bölgələr boşaldılmalı və azərbaycanlılar öz torpaqlarına geri dönməlidirlər. Amma ermənilər təxribatlarını davam etdirirlər, hətta bununla bağlı görüntülər hazırlayıb internetdə paylaşırlar. Bu, o deməkdir ki, öz məntiqlərinə görə, Dağlıq Qarabağ ətrafındakı rayonları da boşaltmaq istəmirlər".

Elxan Şahinoğlu qeyd edib ki, ermənilərin təxribatlarının qarşısını alan heç bir beynəlxalq təşkilat yoxdur:

"Beynəlxalq təşkilatlardan isə bu məsələyə görə heç bir səs çıxmır. Həmsədrlər də bu prosesə əngəl olmaq istəmirlər. Dünən bir açıqlama veriblər. O açıqlamada bu məsələyə heç toxunulmayıb, bu barədə bir cümlə belə yoxdur.

Bunun özü yenə hərbi toqquşmaya aparır. Ermənilərin təxribatlarının qarşısını alan heç bir beynəlxalq təşkilat yoxdur. Biz illərdir bu prosesi gündəmə gətirməyə çalışsaq da, çox təəssüf ki, qarşısını da ala bilmirik. Demək, bunun yeganə yolu özümüzdən asılıdır. Özümüz bu məsələni həll etməsək, kimsə bizim əvəzimizə Dağlıq Qarabağa qeyri-qanuni köçün qarşısını ala bilməyəcək".

Təhməz Əsədov Son.az

Azərbaycan alkoqollu içkilərin ixracını kəskin azaldıb like
  • 15 Sen 11:23  
Digərləri Azərbaycan alkoqollu içkilərin ixracını kəskin azaldıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycandan 8 370,85 min ABŞ dolları dəy

arrow Ətraflı
Bələdiyyə sədri barəsində cinayət işi başlandı like
  • 15 Sen 11:17  
Kriminal Bələdiyyə sədri barəsində cinayət işi başlandı

Ölkəmizdə həyata keçirilən islahatlara kölgə salan vəzifəli şəxslər

arrow Ətraflı
"Beynəlxalq hüquqmüdafiə təşkilatlarının Azərbaycana ikili standartla yanaşması faktdır" like
  • 15 Sen 11:06  
Siyasət "Beynəlxalq hüquqmüdafiə təşkilatlarının Azərbaycana ikili standartla yanaşması faktdır"

Bəzi beynəlxalq təşkilatların digər ölkələrə, o cümlədən ilk növb

arrow Ətraflı
"Dağlıq Qarabağda ekoloji terror regionun ətraf mühitinə ciddi təhlükə yaradır" like
  • 15 Sen 11:01  
Siyasət "Dağlıq Qarabağda ekoloji terror regionun ətraf mühitinə ciddi təhlükə yaradır"

Təcavüzkar Ermənistan Azərbaycanın işğal olunmuş ərazilərində və tra

arrow Ətraflı
Manatın məzənnəsi like
  • 15 Sen 10:50  
Digərləri Manatın məzənnəsi

Azərbaycan Mərkəzi Bankı (AMB) bu günə olan rəsmi valyuta məzənnələri

arrow Ətraflı
Maska taxmayanlara yeni cəza  Covid19dan ölənlərə qəbir qazırlar like
  • 15 Sen 10:44  
Dünya Maska taxmayanlara yeni cəza Covid19dan ölənlərə qəbir qazırlar

İndoneziyada koronavirus infeksiyasının yayılmasının qarşısını almaq m

arrow Ətraflı
Tovuzda hərbçimiz yaralandı like
  • 15 Sen 10:43  
Siyasət Tovuzda hərbçimiz yaralandı

Sentyabrın 14-də axşam saatlarında Ermənistan tərəfi Ermənistan-Azərbay

arrow Ətraflı
Pandemiyalı "Bilik günü"  FOTOSESSİYA like
  • 15 Sen 10:41  
Digərləri Pandemiyalı "Bilik günü" FOTOSESSİYA

Pandemiya ilə əlaqədar Azərbaycanda builki "Bilik Günü" indiyəd

arrow Ətraflı
Daşkəsəndə 3000 min il bundan əvvələ aid dini ibadətgah yeri aşkar edildi  FOTO like
  • 15 Sen 10:39  
Kriminal Daşkəsəndə 3000 min il bundan əvvələ aid dini ibadətgah yeri aşkar edildi FOTO

AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun Daşkəsən arxeoloji ekspedisiya

arrow Ətraflı
Neft yenidən ucuzlaşıb like
  • 15 Sen 10:28  
Dünya Neft yenidən ucuzlaşıb

ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının

arrow Ətraflı
Ukraynalı aparıcının Antalya tətili  FOTO like
  • 15 Sen 10:22  
Digərləri Ukraynalı aparıcının Antalya tətili FOTO

Ukraynalı məşhur teleaparıcı Lesya Nikityuk istirahətə getdiyi Türkiyəd

arrow Ətraflı