"Dağlıq Qarabağda ekoloji terror regionun ətraf mühitinə ciddi təhlükə yaradır"


Siyasət 15 Sen 2020 11:01:00 53 0

"Dağlıq Qarabağda ekoloji terror regionun ətraf mühitinə ciddi təhlükə yaradır"

Təcavüzkar Ermənistan Azərbaycanın işğal olunmuş ərazilərində və transsərhəd səviyyədə su ehtiyalarının mühafizəsi və idarəçiliyi ilə bağlı beynəlxalq hüququn bütün prinsiplərini pozmaqda davam edir.

Son.az bildirir ki, bu barədə Xarici İşlər Nazirliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə bəyanatında deyilir.

Bəyanatda bildirilir: "Ermənistan tərəfindən işğal altında saxlanılan Dağlıq Qarabağ bölgəsi və ətraf rayonlarımızda təbiətə qarşı düşmən münasibət və ekoloji terror regionun ətraf mühitinə ciddi təhlükə yaradır.

Ermənistan tərəfindən transsərhəd çayların ağır formada çirkləndirilməsi nəticəsində sözügedən çaylarda canlı aləmin yaşayışı üçün böyük təhlükə yaranıb. Bununla yanaşı, işğal olunmuş ərazilərdə su anbarlarından istifadə qeyri-mümkün olub və texniki xidmət göstərilmədiyindən ətraf ərazilərdə yaşayan əhali üçün potensial təhlükə mənbəyinə çevrilib.

Ermənistanın BMT-nin "Sərhəddən keçən su axınlarının və beynəlxalq göllərin mühafizəsi və istifadəsi üzrə" Konvensiyaya qoşulmaması sərhədlərarası su problemlərinin beynəlxalq normalar çərçivəsində həllini mümkünsüz edir.

Ermənistan silahlı qüvvələrinin sözügedən regiondan dərhal çıxarılması, müstəqil mühəndis və hidroloqlar tərəfindən yerində təhqiqat aparılmasının təmin edilməsi tələbini özündə əks etdirən Avropa Şurası Parlament Assambleyası tərəfindən qəbul edilmiş Azərbaycanın sərhədyanı rayonlarının sakinlərinin qəsdən sudan məhrum edilməsi ilə bağlı 2016-cı ildə qəbul edilən 2085 saylı qətnamə icra edilməyib.

Əksinə, Ermənistan bu istiqamətdə fəaliyyəti daha da genişləndirib. Son günlər Ermənistanın Tavuş rayonunun Dovex kəndindən keçərək Qazax rayonunun Kəmərli kəndindəki su anbarına tökülən İncəsu çayının qarşısının alınması yerli əhalini sudan məhrum edib.

Beynəlxalq hüquq prinsiplərinin və insan hüquqlarının ciddi pozulması halı olan bu vəziyyət eyni zamanda, beynəlxalq səviyyədə qəbul edilmiş sənədlər, o cümlədən BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri və İqlim dəyişmələri üzrə Paris Sazişindən irəli gələn öhdəliklərin yerinə yetirilməsində ciddi çətinliklər yaradır.

Ermənistan rəhbərliyinin son zamanlar nümayiş etdirdiyi açıq təxribatçı fəaliyyətə ekoloji terror əməllərinin də əlavə olunması, bu təcavüzkar ölkənin beynəlxalq hüquq və fundamental insan haqqlarını kobud şəkildə pozmaqla yanaşı, bölgədə sülh və təhlükəsizliyə ciddi təhdid olaraq qalmaqda davam etdiyini göstərir.

Beynəlxalq ictimaiyyəti Ermənistanın qanunsuz fəaliyyətini sərt şəkildə qınamağa və işğalçı ölkənin bu kimi qeyri-qanuni əməllərinin qarşısının alınması üçün təxirəsalınmaz tədbirlər görməyə çağırırıq".

Manatın məzənnəsi like
  • 15 Sen 10:50  
Digərləri Manatın məzənnəsi

Azərbaycan Mərkəzi Bankı (AMB) bu günə olan rəsmi valyuta məzənnələri

arrow Ətraflı
Maska taxmayanlara yeni cəza  Covid19dan ölənlərə qəbir qazırlar like
  • 15 Sen 10:44  
Dünya Maska taxmayanlara yeni cəza Covid19dan ölənlərə qəbir qazırlar

İndoneziyada koronavirus infeksiyasının yayılmasının qarşısını almaq m

arrow Ətraflı
Tovuzda hərbçimiz yaralandı like
  • 15 Sen 10:43  
Siyasət Tovuzda hərbçimiz yaralandı

Sentyabrın 14-də axşam saatlarında Ermənistan tərəfi Ermənistan-Azərbay

arrow Ətraflı
Pandemiyalı "Bilik günü"  FOTOSESSİYA like
  • 15 Sen 10:41  
Digərləri Pandemiyalı "Bilik günü" FOTOSESSİYA

Pandemiya ilə əlaqədar Azərbaycanda builki "Bilik Günü" indiyəd

arrow Ətraflı
Daşkəsəndə 3000 min il bundan əvvələ aid dini ibadətgah yeri aşkar edildi  FOTO like
  • 15 Sen 10:39  
Kriminal Daşkəsəndə 3000 min il bundan əvvələ aid dini ibadətgah yeri aşkar edildi FOTO

AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun Daşkəsən arxeoloji ekspedisiya

arrow Ətraflı
Neft yenidən ucuzlaşıb like
  • 15 Sen 10:28  
Dünya Neft yenidən ucuzlaşıb

ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının

arrow Ətraflı
Ukraynalı aparıcının Antalya tətili  FOTO like
  • 15 Sen 10:22  
Digərləri Ukraynalı aparıcının Antalya tətili FOTO

Ukraynalı məşhur teleaparıcı Lesya Nikityuk istirahətə getdiyi Türkiyəd

arrow Ətraflı
Təbii qazın qiyməti azalıb like
  • 15 Sen 10:11  
Dünya Təbii qazın qiyməti azalıb

Nyu-Yorkun NYMEX əmtəə birjasında təbii qaza olan fyuçers kotirovkaların

arrow Ətraflı
Hava şəraiti kəskin dəyişir  Qar yağacaq  XƏBƏRDARLIQ like
  • 15 Sen 10:07  
Digərləri Hava şəraiti kəskin dəyişir Qar yağacaq XƏBƏRDARLIQ

Ekologiya və Təbii Sərvətlər Nazirliyi hava şəraitinin dəyişəcəyi bar

arrow Ətraflı
16 yaşlı müğənni cangüdənlə gəzir like
  • 15 Sen 10:06  
Digərləri 16 yaşlı müğənni cangüdənlə gəzir

Türkiyənin Castin Biberi kimi tanınan 16 yaşlı müğənni Alpər Erözər

arrow Ətraflı
Samsung Galaxy Z Fold 2  gələcək bildiyinizdən daha yaxındır like
  • 15 Sen 10:00  
Digərləri Samsung Galaxy Z Fold 2 gələcək bildiyinizdən daha yaxındır

Bir müddət öncə baş tutmuş "Unpacked" tədbiri çərçivəsində

arrow Ətraflı