Bizi şəbəkədə zəhərləyənlər: onlarla nə edək?


Siyasət 15 Sen 2020 10:35:00 62 0

Bizi şəbəkədə zəhərləyənlər: onlarla nə edək?

Xaricdən gələn zəhər...

Vaxt var idi, onlar fəal şəkildə çalışırdılar hər ütüdən çıxıb "müdrik" kəlamlarını çatdırsınlar. Amma indi... susqunluq... Qulağı batıran susqunluq... Çünki havadarları onlardan istifadə ediblər və istifadə müddətləri artıq bitib. Söyüşcül blogerlər... Bunları belə də adlandırmaq olar. Onları pul-para ilə təmin et, sosial şəbəkələrdə ağzına gələni danışsınlar. Və sözlərini söyüşlərlə "bəzəsinlər". Çünki "həqiqət" yalnız bu şəkildə deyilməlidir. Pul-paranı isə bunlara çatdıranlar çoxdur - bəzi məmurlar, xarici dairələr, ölkəmizin inkişafını həzm edə bilməyən antimilli ünsürlər.

Bu məsələyə dövlətimizin başçısı da toxunur. Məsələn, Prezident İlham Əliyevin yeni dərs ilinin başlanması və Bilik Günü münasibətilə bugünkü müraciətində deyilir:

"Bu gün biz qloballaşma adı altında böyük siyasətin təzahürlərini görürük - gənclərin beyni bəzi xarici dairələr tərəfindən zəhərlənir, gənclər yoldan çıxarılır, onlar yalan informasiyalarla, böhtan, şər, təxribat xarakterli məlumatlarla üzləşirlər. Gənclər bəzi hallarda yəqin edə bilmirlər ki, hansı informasiya yalandır, hansı informasiya doğrudur. Ona görə müəllimlərdən çox şey asılıdır. Biz uşaqlarımızı, yeniyetmələrimizi, gənclərimizi xalqımıza, milli adət-ənənələrimizə zidd olan, dırnaqarası dəyərlərdən qorumalıyıq. Bizim uşaqlarımız Vətənə bağlı olmalıdır, xalqa bağlı olmalıdır, müstəqilliyi hər şeydən üstün tutmalıdır, milli ruhda, vətənpərvərlik ruhunda tərbiyə almalıdır, əsrlər boyu qoruduğumuz milli adət-ənənələrimizi qorumalı və onları müdafiə etməlidirlər. Belə olan halda Azərbaycan bundan sonra da müstəqillik və inkişaf yolu ilə gedəcək".

Dövlətimizin başçısı açıq şəkildə qeyd edir ki, gənclərin beyni bəzi xarici dairələr tərəfindən zəhərlənir. Niyə xarici dairələr? Çünki həmin müraciətdə qeyd edilir ki, "Bu gün Azərbaycan nadir ölkələrdəndir ki, tam müstəqil siyasət aparır - həm xarici, həm daxili". Bəli, bu müstəqil siyasəti bəzi dairələr həzm edə bilmir. Bu dairələrə müstəqil siyasət yürüdən dövlət yox, əmrlərini yerinə yetirən kölə ölkə lazımdır. Ona görə də vicdan hissi olmayanlara, Vətəni satanlara böyük həcmdə pullar xərclənir. Azərbaycan - gənc ölkədir, gənclər ölkəsidir. Ona görə də xarici dairələr, əl altındakı olan blogerlər xüsusi fəaliyyət göstərirlər - gənclər bəzi şeyləri dərk etməyə bilər, onları aldatmaq daha asandır. Xarici dairələr çox gözəl başa düşürlər ki, bugünkü gənclər yaxın gələcəkdə ölkəmizi daha böyük pillələrə daşıyacaq, Azərbaycan onların sayəsində daha qüdrətli və güclü olacaq. Ona görə də əsas hədəf onlardır, gənclər.

Amma qloballaşan dünyada ölkəmizin inkişafını istəməyən güclər hədəflərinə nail ola bilməyəcəklər. Çünki bugünkü Azərbaycan gənci daha çevikdir, həqiqəti yalandan ayıra bilir və ölkənin sürətli inkişafını təmin edə biləcək qüvvəyə çevrilib - bunu son təyinatlar bir daha təsdiq edir. Ona görə də susmağa davam, oyunu uduzdunuz, cənablar...

Anar İmanov Son.az-ın Baş redaktoru

Neft yenidən ucuzlaşıb like
  • 15 Sen 10:28  
Dünya Neft yenidən ucuzlaşıb

ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının

arrow Ətraflı
Ukraynalı aparıcının Antalya tətili  FOTO like
  • 15 Sen 10:22  
Digərləri Ukraynalı aparıcının Antalya tətili FOTO

Ukraynalı məşhur teleaparıcı Lesya Nikityuk istirahətə getdiyi Türkiyəd

arrow Ətraflı
Təbii qazın qiyməti azalıb like
  • 15 Sen 10:11  
Dünya Təbii qazın qiyməti azalıb

Nyu-Yorkun NYMEX əmtəə birjasında təbii qaza olan fyuçers kotirovkaların

arrow Ətraflı
Hava şəraiti kəskin dəyişir  Qar yağacaq  XƏBƏRDARLIQ like
  • 15 Sen 10:07  
Digərləri Hava şəraiti kəskin dəyişir Qar yağacaq XƏBƏRDARLIQ

Ekologiya və Təbii Sərvətlər Nazirliyi hava şəraitinin dəyişəcəyi bar

arrow Ətraflı
16 yaşlı müğənni cangüdənlə gəzir like
  • 15 Sen 10:06  
Digərləri 16 yaşlı müğənni cangüdənlə gəzir

Türkiyənin Castin Biberi kimi tanınan 16 yaşlı müğənni Alpər Erözər

arrow Ətraflı
Samsung Galaxy Z Fold 2  gələcək bildiyinizdən daha yaxındır like
  • 15 Sen 10:00  
Digərləri Samsung Galaxy Z Fold 2 gələcək bildiyinizdən daha yaxındır

Bir müddət öncə baş tutmuş "Unpacked" tədbiri çərçivəsində

arrow Ətraflı
"Avropa ölkələrində etirazçıların üstünə itlər göndərilir, atlarla onları əzirlər" like
  • 15 Sen 09:54  
Siyasət "Avropa ölkələrində etirazçıların üstünə itlər göndərilir, atlarla onları əzirlər"

Azərbaycana irad tutan dairələr Qərbin inkişaf etmiş ölkələrində vəzi

arrow Ətraflı
"Hönkürhönkür ağlamışdım"  FOTO like
  • 15 Sen 09:50  
Digərləri "Hönkürhönkür ağlamışdım" FOTO

Türkiyəli müğənni Hadisə "Küçük bir yol" mahnısının trendd

arrow Ətraflı
Kamçatkada 6,3 bal gücündə zəlzələ olub like
  • 15 Sen 09:45  
Dünya Kamçatkada 6,3 bal gücündə zəlzələ olub

Kamçatkada 6,3 bal gücündə zəlzələ baş verib.

arrow Ətraflı
Hande 2020ci ilin ən gözəl qadını seçildi  FOTO like
  • 15 Sen 09:39  
Digərləri Hande 2020ci ilin ən gözəl qadını seçildi FOTO

Dünyaca məşhur saytlardan biri "2020-ci ilin ən gözəl qadını"

arrow Ətraflı
Cəbhədə son vəziyyət like
  • 15 Sen 09:38  
Siyasət Cəbhədə son vəziyyət

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqam

arrow Ətraflı
Qazaxıstanda daha 65 nəfər koronavirusa yoluxub like
  • 15 Sen 09:34  
Dünya Qazaxıstanda daha 65 nəfər koronavirusa yoluxub

Qazaxıstanda ötən sutka ərzində 65 nəfərdə koronavirus üçün götürü

arrow Ətraflı
Prezident İlham Əliyev: "Bu gün gənclərin beyini bəzi xarici dairələr tərəfindən zəhərlənir" like
  • 15 Sen 09:32  
Siyasət Prezident İlham Əliyev: "Bu gün gənclərin beyini bəzi xarici dairələr tərəfindən zəhərlənir"

Bu gün gənclərin beyini bəzi xarici dairələr tərəfindən zəhərlənir.

arrow Ətraflı