Azərbaycanda karantin rejimi sərtləşdirilə bilər


Digərləri 15 Sen 2020 10:55:00 169 0

Azərbaycanda karantin rejimi sərtləşdirilə bilər

Yumşalmalar olsa da, vətəndaşlar qorunmaya çox ciddi yanaşmalıdır.

Son.az bildirir ki, TƏBİB Elmi Komitəsinin sədri, professor Akif Qurbanov "Real intervyu"nun qonağı olub.

O qeyd edib ki, insanlar arxayınlaşmamalıdırlar.

"Operativ Qərargah müvafiq yumşaltma qərarları verir. Amma biz özümüz bu qaydalara riayət etməsək, həmin yoluxma saylarının artmasına gətirib çıxara bilər və bu da, sözsüz, yenidən həmin karantin qaydalarının ciddiləşməsini, sərtləşdirilməsini ortaya çıxara bilər, məcburiyyət qarşısında", - A. Qurbanov deyib.