Maska taxmayanlara yeni cəza Covid19dan ölənlərə qəbir qazırlar


Dünya 15 Sen 2020 10:44:00 139 0

Maska taxmayanlara yeni cəza  Covid19dan ölənlərə qəbir qazırlar

İndoneziyada koronavirus infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə tətbiq olunan karantin rejimində maska taxmaq qaydasını pozan şəxslər, Covid-19-dan dünyasını dəyişən insanlara qəbir qazmağa məcbur ediliblər.

Son.az avtosfer.az-a istinadən bildirir ki, bu cür qayda pozucularla mübarizə aparma üsuluna Yava adasının şərqində yerləşən Qersik dairəsinin baş bilənləri qərar verib.

"Lad Bible" portalının məlumatına görə, verilən qərar, həm karantin qaydalarını pozanları cəzalandırır, həm də bununla, qəbir qazan çatışmazlığı problemi aradan qaldırılır.   

Qeyd edək ki, bu qayda ilə artıq hökumət 8 nəfəri cəzalandırıb və maska taxmayan şəxslərə qarşı bu cür cəza tədbirlərini davam etdirməyi planlaşdırır.