"Avropa ölkələrində etirazçıların üstünə itlər göndərilir, atlarla onları əzirlər"


Siyasət 15 Sen 2020 09:54:00 52 0

"Avropa ölkələrində etirazçıların üstünə itlər göndərilir, atlarla onları əzirlər"

Azərbaycana irad tutan dairələr Qərbin inkişaf etmiş ölkələrində vəziyyətə nəzər yetirsələr, daha obyektiv olarlar.

Bunu Son.az-a açıqlamasında politoloq Şəbnəm Həsənova deyib.

"Bu gün bir sıra xarici ölkələrdə, o cümlədən də ABŞ və digər inkişaf etmiş Avropa dövlətlərində vətəndaşların dinc aksiyalarına qarşı şiddət və güc tətbiq olunduğunu görürük. Dünyanın qabaqcıl Avropa ölkələrindən biri olan Fransada polis orqanları ölkədə ictimai sabitliyi təmin etmək üçün hətta ifrat dərəcədə güc tətbiqindən belə çəkinmir. Son günlər də dünya ictimaiyyəti tərəfindən müzakirə olunan məsələ Fransada "sarı jiletlilər"in aksiyaları zamanı polis zorakılığı barədə çoxsaylı foto və videotəsvirlərdir. Bundan əlavə, ABŞ-da, Britaniyada, Almaniyada, İspaniyada və digər Qərb ölkələrində kütləvi aksiyalar zamanı polislərin etirazçılara qarşı amansız davranışlar sərgilədiyinin şahidi oluruq. Davamlı olaraq Avropanın aparıcı paytaxtlarında insanlar döyülür, təhqir edilir, hətta öldürülür, onların üstünə itlər göndərilir, atlarla insanları əzirlər.

ABŞ-da, Avropa ölkələrində insan hüquqlarının pozulması həddində ifrat polis zorakılıqlarını, polislərin ağır fəsadlara yol açan hərəkətlərini görməzdən gələn, "qeydə almayan", özlərini insan hüquq və azadlıqlarının müdafiəçiləri elan edən beynəlxalq təşkilatlar və qurumlar Azərbaycanda polislərin qanuni tələblərinə tabe olmayanlara qarşı tədbirləri qəsdən konteksdən çıxarır, fərqli don geyindirir, tam fərqli biçimdə qələmə verməyə, təqdim etməyə çalışırlar. Xırda bir məsələnin ucundan tutur, hər fürsətdə Azərbaycana qarşı iftira, böhtan qarayaxma kampaniyasına başlayırlar.

Azərbaycan polisi vətəndaşlarla rəftarında hər zaman nəzakətli və təmkinli olmağa çalışır, insanları qanuna tabe olmağa səsləyir. Azərbaycan polisi peşə fəaliyyətində güc tətbiqini ən son məcburiyyət kimi qəbul edir. Bakıda keçirilmiş son aksiyalar da bir daha bu reallığı açıq və aydın şəkildə göstərdi.

Bu gün tam əminliklə deyə bilərik ki, Azərbaycan polisləri ölkənin sabitliyi, əmin-amanlığı, vətəndaşların təhlükəsizliyi üçün fədakarlıq nümayiş etdirir və bu, ölkə ictimaiyyəti tərəfindən də olduqca təqdir edilir.

Xarici ölkələrdə, Avropanın aparıcı ölkələrində isə əksinə olaraq hüquq mühafizə orqanları güc amilindən geniş istifadə edir, dinc aksiyalar dağıdılır, insanlara qarşı şiddət tətbiq olunur. Bu azmış kimi polis qəddarlığına, zorakılığa, aksiyaların şiddətlə dağıdılmasına, milli, dini və irqi ayrı-seçkilik faktlarına tam biganə münasibət bəslənilir. Düşünürəm ki, Azərbaycana irad tutan dairələr Qərbin inkişaf etmiş ölkələrində vəziyyətə nəzər yetirsələr daha obyektiv olarlar".

Bəxtiyar Umarlı Son.az

"Hönkürhönkür ağlamışdım"  FOTO like
  • 15 Sen 09:50  
Digərləri "Hönkürhönkür ağlamışdım" FOTO

Türkiyəli müğənni Hadisə "Küçük bir yol" mahnısının trendd

arrow Ətraflı
Kamçatkada 6,3 bal gücündə zəlzələ olub like
  • 15 Sen 09:45  
Dünya Kamçatkada 6,3 bal gücündə zəlzələ olub

Kamçatkada 6,3 bal gücündə zəlzələ baş verib.

arrow Ətraflı
Hande 2020ci ilin ən gözəl qadını seçildi  FOTO like
  • 15 Sen 09:39  
Digərləri Hande 2020ci ilin ən gözəl qadını seçildi FOTO

Dünyaca məşhur saytlardan biri "2020-ci ilin ən gözəl qadını"

arrow Ətraflı
Cəbhədə son vəziyyət like
  • 15 Sen 09:38  
Siyasət Cəbhədə son vəziyyət

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqam

arrow Ətraflı
Qazaxıstanda daha 65 nəfər koronavirusa yoluxub like
  • 15 Sen 09:34  
Dünya Qazaxıstanda daha 65 nəfər koronavirusa yoluxub

Qazaxıstanda ötən sutka ərzində 65 nəfərdə koronavirus üçün götürü

arrow Ətraflı
Prezident İlham Əliyev: "Bu gün gənclərin beyini bəzi xarici dairələr tərəfindən zəhərlənir" like
  • 15 Sen 09:32  
Siyasət Prezident İlham Əliyev: "Bu gün gənclərin beyini bəzi xarici dairələr tərəfindən zəhərlənir"

Bu gün gənclərin beyini bəzi xarici dairələr tərəfindən zəhərlənir.

arrow Ətraflı
Prezident İlham Əliyev: "Bu gün Azərbaycan nadir ölkələrdəndir ki, tam müstəqil siyasət aparır" like
  • 15 Sen 09:30  
Siyasət Prezident İlham Əliyev: "Bu gün Azərbaycan nadir ölkələrdəndir ki, tam müstəqil siyasət aparır"

Biz bu gün müstəqil ölkə kimi böyük uğurlara imza atmışıq. İstənil

arrow Ətraflı
Bakıda sərnişin avtobusu yanıb like
  • 15 Sen 09:28  
Digərləri Bakıda sərnişin avtobusu yanıb

Bu gün səhər saat 06:10 radələrində avtobus yanıb.

arrow Ətraflı
Ərdoğan Prezident İlham Əliyevə məktub göndərib like
  • 15 Sen 09:23  
Siyasət Ərdoğan Prezident İlham Əliyevə məktub göndərib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevə məktub

arrow Ətraflı
Yeni səfir: "Azərbaycan və İran arasında ticarət dövriyyəsini böyük həcmdə artırmaq mümkündür" like
  • 15 Sen 09:20  
Siyasət Yeni səfir: "Azərbaycan və İran arasında ticarət dövriyyəsini böyük həcmdə artırmaq mümkündür"

Son.az İranın Azərbaycana yeni təyin olunmuş səfiri Seyid Abbas Musəvinin

arrow Ətraflı
Azərbaycan Prezidenti: "Biz hazırda postpandemiya dövrünə hazırlaşırıq" like
  • 15 Sen 09:17  
Siyasət Azərbaycan Prezidenti: "Biz hazırda postpandemiya dövrünə hazırlaşırıq"

Biz hazırda postpandemiya dövrünə hazırlaşırıq. Əlbəttə ki, peyvənd

arrow Ətraflı