Prezident İlham Əliyev Bakının işğaldan azad edilməsinin 102ci ildönümü münasibətilə Rəcəb Tayyib Ərdoğana məktub göndərib


Siyasət 15 Sen 2020 09:08:00 52 0

Prezident İlham Əliyev Bakının işğaldan azad edilməsinin 102ci ildönümü münasibətilə Rəcəb Tayyib Ərdoğana məktub göndərib

Prezident İlham Əliyev Bakının işğaldan azad edilməsinin 102-ci ildönümü münasibətilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana məktub göndərib.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, məktubda deyilir:

"Hörmətli cənab Prezident,

Əziz Qardaşım.

Bu gün biz Bakının işğaldan azad edilməsinin 102-ci ildönümünü qeyd edirik. Həmin dövrün çətinliklərinə baxmayaraq qardaş Türkiyə Azərbaycandan öz yardımını əsirgəmədi. Nuru Paşanın rəhbərliyi ilə Qafqaz İslam Ordusu Azərbaycana gələrək mübarizəyə qoşuldu. Gəncədən Bakıya qədər şərəfli döyüş yolu keçən Qafqaz İslam Ordusu yeni yaradılmış Azərbaycan Milli Ordusu və könüllülərlə birlikdə Bakını erməni və bolşevik işğalından azad etdi. Bu yolda canlarını qurban verən şəhidlərimizi dərin hörmət və ehtiramla yad edirəm. Onların əziz xatirəsi daim bizim qəlbimizdədir.

Azərbaycan xalqı üçün 15 sentyabr olduqca əlamətdar bir gündür. Məhz həmin gün Bakı işğaldan azad edilərək ilk dəfə müstəqil Azərbaycan dövlətinin paytaxtı elan olundu. Bu tarixi qələbədən sonra Qafqaz İslam Ordusunun və Azərbaycan Milli Ordusunun zəfər yürüşü Bakı sakinləri tərəfindən böyük coşqu və sevinclə qarşılandı.

İki il bundan əvvəl həmin coşqu və sevgi Bakı küçələrində bir daha canlandırıldı. Bakının işğaldan azad edilməsinin 100 illiyi münasibətilə keçirilmiş hərbi paradda Azərbaycan və Türkiyə əsgərlərinin iştirakını Sizinlə birlikdə izlədik. Şübhəsiz ki, bu tarixi hadisə həmişə yaddaşlarda qalacaqdır.

Bu gün də Azərbaycan-Türkiyə qardaşlığı və dostluğu bütün dünya üçün bir nümunədir. İyulun 12-də Ermənistanın Azərbaycana qarşı hərbi təxribatına qardaş Türkiyə Respublikası qəti mövqe bildirdi. Sizin Tovuz hadisələri ilə bağlı birmənalı bəyanatlarınızı Azərbaycan xalqı yüksək qiymətləndirir. Azərbaycan da hər zaman qardaş Türkiyənin yanındadır və bütün məsələlərdə öz tərəddüdsüz dəstəyini nümayiş etdirir. Azərbaycan-Türkiyə strateji müttəfiqliyi və tərəfdaşlığı regionda sülhü və təhlükəsizliyi təmin edən, əməkdaşlığın inkişafına töhfə verən mühüm amildir.

Həqiqətən də qardaş və dost ölkələrimizin və xalqlarımızın qarşılıqlı münasibətləri ulu öndər Heydər Əliyevin "Bir millət, iki dövlət" şüarına uyğun olaraq bütün sahələrdə müvəffəqiyyətlə inkişaf edir və genişlənir.

Hörmətli cənab Prezident, Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, qardaş Türkiyə xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram".

Prezident İlham Əliyev yeni dərs ilinin başlanması və Bilik Günü münasibətilə müraciət edib like
  • 15 Sen 09:01  
Siyasət Prezident İlham Əliyev yeni dərs ilinin başlanması və Bilik Günü münasibətilə müraciət edib

Prezident İlham Əliyev yeni dərs ilinin başlanması və Bilik Günü münasi

arrow Ətraflı
Raps yağının faydaları like
  • 15 Sen 09:00  
Digərləri Raps yağının faydaları

Pars kələmçiçəyikimilər fəsiləsinə aid olan birkilərdəndəndir. Paps

arrow Ətraflı
Avropada elektromobillərin tətbiqi sürətlənəcək like
  • 15 Sen 08:59  
Digərləri Avropada elektromobillərin tətbiqi sürətlənəcək

"Nissan", "Renault" və "Uber" şirkətləri aras

arrow Ətraflı
Zaqatalada “Azərpoçt”un şöbələrinə basqın olub like
  • 15 Sen 08:58  
Digərləri Zaqatalada “Azərpoçt”un şöbələrinə basqın olub

Zaqatalada son iki həftə ərzində "Azərpoçt"un iki şöbəsinə b

arrow Ətraflı
“Snapdragon 690” prosessoru ilə təchiz edilən ilk smartfon hansıdır? like
  • 15 Sen 08:55  
Digərləri “Snapdragon 690” prosessoru ilə təchiz edilən ilk smartfon hansıdır?

"Sharp" korporasiyası beşinci nəsil mobil rabitə şəbəkəsini d

arrow Ətraflı
Büdcə dostu Nvidia RTX 3060 videokartının parametrləri və təqdimat tarixi ortaya çıxdı like
  • 15 Sen 08:51  
Digərləri Büdcə dostu Nvidia RTX 3060 videokartının parametrləri və təqdimat tarixi ortaya çıxdı

Nvidia şirkəti keçdiyimiz günlərdə yeni Amphere arxitekturası üzərində

arrow Ətraflı
Yevlaxda mənzildən kişi meyiti tapılıb like
  • 15 Sen 08:48  
Digərləri Yevlaxda mənzildən kişi meyiti tapılıb

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil

arrow Ətraflı
Vertolyot tipli kəşfiyyatçı dron hazırlanıb like
  • 15 Sen 08:46  
Digərləri Vertolyot tipli kəşfiyyatçı dron hazırlanıb

ABŞ-ın "Anduril" şirkəti avtonom rejimdə havadan kəşfiyyatın a

arrow Ətraflı
Kompüteriniz üçün maraqlı FOTOSESSİYA like
  • 15 Sen 08:45  
Digərləri Kompüteriniz üçün maraqlı FOTOSESSİYA

Son.az kompüteriniz üçün maraqlı fotoları təqdim edir.

arrow Ətraflı
Google Play Storea yeni funksiya gələcək like
  • 15 Sen 08:41  
Digərləri Google Play Storea yeni funksiya gələcək

Smartfon ekosisteminin ən çox istifadə edilən 2 tətbiq marketindən olan bi

arrow Ətraflı
Bakıda avtoyuma məntəqəsində işləyən şəxsi elektrik cərayanı vurub like
  • 15 Sen 08:38  
Digərləri Bakıda avtoyuma məntəqəsində işləyən şəxsi elektrik cərayanı vurub

Bakının Qaradağ rayonunda bədbəxt hadisə zamanı bir nəfər ağır xəsar

arrow Ətraflı
“MicroLED” texnologiyalı nəhəng “LG Magnit” televizoru təqdim edilib like
  • 15 Sen 08:35  
Digərləri “MicroLED” texnologiyalı nəhəng “LG Magnit” televizoru təqdim edilib

"LG Electronics" şirkəti Avropa, ABŞ, Asiya və Yaxın Şərq bazar

arrow Ətraflı
Oreqon ştatında meşə yanğınları 10 nəfərin ölümünə səbəb olub like
  • 15 Sen 08:33  
Dünya Oreqon ştatında meşə yanğınları 10 nəfərin ölümünə səbəb olub

ABŞ-ın Oreqon ştatında meşə yanğınları nəticəsində 10 nəfər həlak

arrow Ətraflı
BƏƏ və Bəhreyn İsrail ilə münasibətlərin normallaşdırılması üzrə razılaşma imzalayacaqlar like
  • 15 Sen 08:32  
Dünya BƏƏ və Bəhreyn İsrail ilə münasibətlərin normallaşdırılması üzrə razılaşma imzalayacaqlar

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Bəhreyn bu gün Vaşinqtonda İsr

arrow Ətraflı
Samsung Galaxy Note 20 Ultra 5Gnin maya dəyəri nə qədərdir? like
  • 15 Sen 08:31  
Digərləri Samsung Galaxy Note 20 Ultra 5Gnin maya dəyəri nə qədərdir?

Smartfonun pərakəndə qiyməti heç zaman onun real maya dəyərini əks etdir

arrow Ətraflı