Bakıda avtoyuma məntəqəsində işləyən şəxsi elektrik cərayanı vurub


Digərləri 15 Sen 2020 08:38:00 158 0

Bakıda avtoyuma məntəqəsində işləyən şəxsi elektrik cərayanı vurub

Bakının Qaradağ rayonunda bədbəxt hadisə zamanı bir nəfər ağır xəsarət alıb.

Son.az APA-ya istinadən xəbər verir ki, hadisə 7-ci Massivdə qeydə alınıb.

Belə ki, 1995-ci il təvəllüdlü Vəliyev Xalid Fəzrəndə oğlu işlədiyi moykada elektrik cərayanı vurub.

Yaralı elektro travma diaqnozu ilə xəstəxanaya yerləşdirilib.